Mobil versiya
Son illərin ən böyük meteoriti dünyaya çırpıldı (VİDEO)
Tarix: 28-09-2016 | Saat: 13:01
Bölmə:Media | çapa göndər



Avstraliyanın şimal-şərqindəki Kuinsland əyalətinin yaxınlığına meteorit düşüb.

Yerli saatla 08:30-da səmada meydana çıxan və sürətlə dünyaya yaxınlaşan parlaq işığı görən şəhər sakinləri sahilə axın edib.

Nəhəng işıq kütləsi Qladston şəhərinin sahilini sanki günəş kimi aydınladıb. Daha sonra yad cisim böyük bir səslə dənizə düşüb. İşıq kütləsinin dənizə düşməsiylə birlikdə şəhərdə güclü silkələnmə meydana gəlib. Hadisə nəticəsində bəzi binaların şüşələri qırılıb.

Meteorologiya üzrə mütəxəssislər düşən cismin nə olduğu haqqında bir məlumatın olmadığını ifadə edib. Harvard Universitetindən astrofizik Conatan Makdovel işıq kütləsinin böyük bir meteor olduğunu bildirib. Professor yad cismin son illərdə dünyaya dəyən ən böyük meteor olduğunu qeyd edib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024