Mobil versiya
Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb
Tarix: 04-09-2015 | Saat: 14:46
Bölmə:Cəmiyyət / Aia TV / Karusel | çapa göndər

Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb

Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb.

Aia.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, iki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb.

Ağdaş Mərkəzi rayon Xəstəxanasının qəbul şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev küçəsindəki 45 saylı evdə yaşayan, 1986-cı il təvəllüdlü İsmayılova Vəfa Fazil qızı və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynova Səkinə Əmirqulu qızı zəlzələ zamanı qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar.

Onlar xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri orta-ağır qiymətləndirilir



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024