Mobil versiya
"Spokoynoy noçi, malışi" haqqında bilmədikləriniz - FOTOLAR
Tarix: 22-09-2016 | Saat: 11:12
Bölmə:Media | çapa göndər



Uşaqların ən sevimli verilişinin gizli tərəfləri


1964-cü ilin 1 sentyabr tarixində sovet televiziyasında uşaqlar üçün nəzərdə tutulan "Spokoynoy noçi, malışi" ("Gecəniz xeyrə, uşaqlar") verilişi fəaliyyətə başlayıb.

Vladimir Uxin, Tatyana Vedeneyeva, Valentina Leontyeva, Alqelina Vovk, Yuriy Nikolayev kimi şəxslər sovet uşaqları üçün əsl doğma insanlara çevriliblər.

Çox az adam bilir ki, bu verilişin ən məşhur qəhrəmanları olan Xryuşa və Stepaşka 70-ci illərin əvvəllərində meydana gəliblər.

Verilişdəki gəlinciklər 3 ildən bir dəyişdirilir. Ən çətin iş onların yaradılması yox, onlar üçün geyimin tikilməsidir.
Hətta bir dəfə geyimlərin İngiltərədə hazırlanmasına qərar verilsə də, nəticə ürəkaçan olmadığı üçün bütün geyimlər yalnız SSRİ-də tikilib. Verilişin muzeyində onlarla Xryuşa, Stepaşka, Karkuş və Filyalar toplanıb.

Bir zamanlar verilişin üzərini qara buludlar alıb. Sergey Stepaşinin baş nazir təyin edilməsi ilə dovşan Stepaşka ekranlardan yoxa çıxıb.

Dəfələrlə sözügedən verilişin yeni formatda olan yenisi ilə əvəzlənməsi təklif edilsə də, "Spokoynoy noçi, malışi" bağlanmayıb. Səbəb kimi isə qəhrəmanların heç vaxt tamaşaçı gözündə köhnəlməməsi, Piter Pen, Karlson kimi sevilməsi göstərilib.

"Spokoynoy noçi, malışi" haqqında bilmədikləriniz - FOTOLAR









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024