Mobil versiya
Problemli kreditlər silinəcək, manat dəyişəcəkmi?
Tarix: 22-09-2016, 10:26 | Saat: 15:47:00
Bölmə:Manşet | çapa göndər

Problemli kreditlər silinəcək, manat dəyişəcəkmi?


Son günlər mətbuatda vətəndaşların kredit borclarının bağışlanılması və Azərbaycan valyutasının dəyişməsinə dair məlumatlar dolaşır. Xəbərdə iddia olunur ki, sentyabr ayının son günlərində ya kredit borcları silinəcək, ya da manat dəyişəcək. Maraqldır, görəsən indiki iqtsadi böhran şəraitində hökumətin bu addımları atacağı nə qədər realdır və buna imkan varmı?

Savash. org-un suallarını cavablandıran tanınmış iqtisadçı ekspert Natiq Cəfərli söyləyib ki, bankların öz güclərinə öz probelmlərini həlletmə potensialı yoxdur, problemli kreditlərin həcmi isə günbəgün artır:

"Problemli kreditlər ilin əvvəlindən bu günə qədər 2 dəfədən çox artıb. Ona görə də problemli kreditlərlə, ümumiyyətlə kredit bazarı və kredit faizləri ilə bağlı müəyyən addımlar atılmalıdı ki, banklar sağlamlaşaraq öz işlərini davam etdirə bilsinlər. Yoxsa indi nə banklar verdikləri kreditləri yığa bilirlər, nə də yeni kredit xətləri aça bilirlər. Ümumiyyətlə, bank sektoru iflic vəziyyətindədir. Amma burada ortalığa məntiqsiz bir sual çıxır. Kreditlər silinəcəkmi? Silinəcəksə, kimin və nəyin hesabına silinəcək? Çünki Azərbaycanın bank sektorunda demək olar ki, bankların böyük əksəriyyəti özəl banklardır. Bir Beynəlxalq Bank dövlətə məxsusdur. Qalanları özəl şirkətlər və şəxslər tərəfindən təsis olunub. Həmin banklar da krtedit veriblər və onların kredit portfelində kifayət qədər problemli kreditlər var. O bankların geri dönüşü mümkün olmayan kreditləri silinəcəksə, onun əvəzində banklar hansı güzəştlər əldə edəcək? Bu sualın cavabı yoxdursa, o cavabı tapmaq çətindirsə, yaxud da banklara o vəsaiti ödəyəcək mənbə yoxdursa o zaman bu idialar spekulasiyalardan başqa bir şey deyil. Ən azından 4 milyarda yaxın vəsait lazımdır ki, banklara ödənilsin və əhalinin borcları silinsin. O 4 milyard isə nə büdcədə var, nə də Mərkəzi Bankın(MB) ehtiyatlarında. MB-ın ehtiyatları elə cəmi 4 milyard dollardır. Yəni o mənbə yoxdursa, bu barədə danışmaq yersizdir. Sadəcə, bu sahədə olan problemlərin həlli üçün kifayət qədər radikal addımlar atılmalıdır və bank faziləri aşağı çəkilməlidir, müqavilələrə yenidən baxılmalıdır. Ola bilər ki, müəyyən borcların faizləri silinə bilər. Bununla bağlı hökumətin və MB-ın üzərinə böyük yük düşür. Bu sahədə qanunvericliyə və məntiqə uyğun addımlar atılmalıdır".

Ekspertin qənaətincə, əslində belə şaiyələrin olması bank sektorunu daha da pis vəziyyətə salır: "Ona görə ki, hətta bu gün vaxtlı vaxtında , hardan olsa pul tapıb borcunu ödəyən vətəndaş bu xəbəri eşitdikdən sonra borcları ödəməkdən imtina edəcəck ki, əgər borclar silinəcəksə, mən nəyə görə banka olan kredtimi ödəməliyəm? Bax, bunun özü də bank sektorunda stresli vəziyyətin yaranmasna səbəb olur. Amma kreditlərin silinməsinin heç bir əsası yoxdur. Çünki o borcların silinməsi üçün mənbə yoxdur. Lakin yeganə mənbə Azərbaycan Dövlət Neft Fondunun vəsaiti ola bilər. Prezidentin göstərişi ilə Neft Fondundan banklara vəsait verilib, borclar silinə bilər. Amma bu da, yenidən problemlər yaradacaq. Belə bir presedent yaranacaqsa, gələcəkdə də bunun təkrarlanmasını əsas gətirən kredit götürən insanlar və yaxud da şirkətlər sonradan borcu ödəməkdən imtina edə bilərlər ki, günün birində borcları yenə silinəcək. Yəni bu, məsələnin çıxış yolu deyil".
Mərkəzi Bankın uçot dərəcəsini 15 faizə qaldırmasına diqqət çəkən N. Cəfərli söyləyib ki,bu o deməkdir ki,istehlak kreditləri 30 faizə qədər bahalaşacaq: "Azərbaycanda kreditlər onsuz da baha idi. Bunun özü də böyük problemdir. Bunun kompleks həlli üçün hökumət və MB maliyəşəcəyi mənbələri tapmalıdır. Bundan sonra rəsmi açıqlamalarla bu işi irəliyə doğru aparılmalıdır. Yoxsa belə şaiələrin dolaşması onsuz da pis vəziyyətdə olan bank sektorunu daha da çökdürə bilər".

Azərbaycan milli valyutasının dəyişməsinə dair dolaşan şaiələrə gəlincə, ekspert bəyan edib ki, bunun heç bir iqtisadi əsası və məntiqi yoxdur: "Azərbaycan manatının ya konfiqurasiyasını, ya dizaynını və hətta adını belə dəyişsək problemlər həllini tapmayacaq. Bu iddianın heç bir əsası yoxdur. Azərbaycan manatı 2005-ci ildə denominasiyaya uğradı və indi artıq məzənnə baxımından və dünyanın aparıcı valyutaları baxımından məqbul rəqəmlərlə ölçülür. Azərbaycanın problemi manatın dizaynı və adı ilə bağlı deyil. Ölkəmizdə valyuta çatışmır. Yəni ümumi iqtisadi zəifləmə baş verib. Ona görə də, pulun dəyişməsinə heç bir əsas yoxdur".



5507 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-07-2019
21-07-2019
«    Июль 2019    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031