Mobil versiya
Coli ilə Pitti ayıran öpüş - Foto
Tarix: 22-09-2016 | Saat: 10:24
Bölmə:Dünya | çapa göndər



Xəbər verdiyimiz kimi, 41 yaşlı amerikalı aktrisa Ancelina Coli əri, 52 yaşlı aktyor Bred Pittdən boşanmaq üçün məhkəməyə müraciət edib. Cütlüyün boşanmasına fransalı aktrisa Mariyon Kotiyyarın səbəb olduğu iddia olunur.

2004-cü ildən əlaqədə olub, 2014-cü ildə Fransada ailə quran Pitt-Coli cütlüyünün 3-ü doğma, 3-ü isə övladlıq olmaqla 6 uşağı var. Amerika KİV-də yer alan məlumatlara görə, boşanma davası açan aktrisa uşaqların onda qalmağını istəyib, lakin Pitt bu qərara etiraz edib.

Məlum boşanma xəbəri M. Kottiyarla əlaqələndirilsə də, “TMZ” saytı Colinin Pittdən içki, narkotik vasitələrdən istifadə etdiyinə, eləcə də əsəbiləşəndə özünü idarə edə bilmədiyinə görə boşandığını qeyd edib.

40 yaşlı fransalı aktrisanın Parisdəki ailəsinə yaxın mənbə “Daily Mail” qəzetinə açıqlamasında bildirib ki, Kotiyyarın 43 yaşlı aktyor Qiyom Kane ilə münasibəti hələ də davam edir: “Bunlar Mariyonun eşitmək istəmədiyi iddialardır. Qiyoma Bredlə xəyanət etdiyinə dair xəbərlər onu hədsiz dərəcədə incidir”.

2007-ci ildən bəri birlikdə olan, lakin ailə qurmayan Kotiyyar- Kane cütlüyünün Marsel adında 5 yaşlı oğulları var.

Qeyd edək ki, Bred Pittlə Mariyon Kotiyyar ilk dəfə “Allied” filmində baş rollarda oynayıblar. Film dekabrdan televiziyada yayımlanacaq.

Filmdə Pitt və Kotiyyar 1942-ci ildə Almaniyadan olan vəzifəli şəxsi qətlə yetirmək üçün pulla tutulan və daha sonra da bir-birini sevərək evlənən iki sui-qəsdçini canlandırır.

ABŞ mətbuatı çəkilişlər sırasında Bredlə Mariyonun arasında isti münasibətlərin formalaşdığını qeyd edərək filmdə ən diqqət çəkən məqamın cütlüyün avtomobildə ehtiraslı şəkildə öpüşdüyünü yazıb.

Filmin ssenarisi Coli-Pitt cütlüyünün sevgi hekayəsini ağıllara gətirib. 2005-ci ildə “Mr and Mrs Smith” filmində sui-qəsdçi evli cütlüyü canlandıran ikili çəkilişlər zamanı bir-birini sevmişdi və Pitt qısa müddət sonra arvadı, aktrisa Cenifer Enistondan boşanmışdı.

“New-York Post”un xəbərinə görə, aldadıldığından şübhələnən Coli Pitti “Allied” filminin çəkilişlərində təqib etmək üçün hətta özəl detektiv tutub. Qəzetə danışan bir mənbə Ancelinanın Bredlə Mariyonun çəkilişlərdə birlikdə olduğundan şübhələndiyini və bu şübhəsinin də boş yerə olmadığını söyləyib.

Qəzet yazır ki, Pitt Colinin ona qarşı boşanma davası açdığını aktrisanın məhkəməyə sənədləri təqdim edəndən 24 saat sonra öyrənib.

Dünya şöhrətli “Madame Tussauds” muzeyi Hollivud ulduzlarının boşanacağı ilə bağlı xəbərlər yayılandan sonra cütlüyün Londondakı muzeydə bal mumundan düzəldilən və yanaşı dayanan heykəllərini ayıraraq cütlüyün arasında ingilis aktyor Robert Pattinsonun heykəlini yerləşdirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024