Mobil versiya
Zakir Fərəcov kim olub?
Tarix: 04-09-2015 | Saat: 01:49
Bölmə:Siyasət / Aia TV / Karusel | çapa göndər


Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Zakir Fərəcov Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə 0 Sumqayıt şəhərinə icra başçısı təyin edilib.

Günlərdir mətbuatda haqqında danışılan Zakir Fərəcov bu təyinatadək bir sıra postlarda çalışıb.

Zakir Fərəcovun tərcümeyi-halını təqdim edir:

Fərəcov Zakir Fərəc oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub.

O, 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil alıb.

Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb.

1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olub.

Z.Fərəcov 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlayıb.

O daha sonra 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olub, 1980-cı ildə həmin İnstitutu bitirib.

1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub.

Z.Fərəcov1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak edib və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilib.

Prezident İlham Əliyevin sərəncamı ilə o 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli 2625 saylı Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif olunub.

Ölkə başçısının bu gün imzaladığı sərəncamla o, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.

Ailəlidir, 4 qızı, 1 oğlu, 5 nəvəsi var.

Qeyd edək ki, Zakir Fərəcov Milli Məclisin deputatı Nazim Fərəcovun qardaşıdır.AzVision.az







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024