Mobil versiya
Hörmətli Media nümayəndələri,
Tarix: 21-09-2016 | Saat: 11:19
Bölmə:Gündəm | çapa göndər



Nəzərinizə çatdırmaq istərdim ki, “British Council” və PAŞA Bank, Böyük Britaniyanın Thomson Foundation təşkilatının dəstəyi ilə məmnuniyyətlə jurnalistlər üçün nəzərdə tutulmuş növbəti xüsusi təlim proqramını elan edirlər.

Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuata (televiziya, çap və elektron mətbuat) peşəkar bilik və səriştənin artırılmasında kömək etməkdir.

Layihə 2011-ci ildən həyata keçirilir və 40-dan artıq jurnalist bu proqramda iştirak etmişdir.

2016-ci ilin noyabr ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 10 iştirakçı seçiləcəkdir. Təlimlər zamanı fəal iştirakçılar Böyük Britaniyada Tomson Fondu təşkilatı tərəfindən təşkil edilmiş tədris turunda iştirak edəcəkdir.

Proqram əsasən jurnalistlərin aşağıdaki bilik və səriştələrini artırmağı nəzərdə tutur:

* Məqalə yazma tərzləri

* Oçerklərin yazılması

* Reportajların hazırlanması

* Xəbərlərin yazılması

* Müsahibə alma texnikası və praktikası

Təlim aşağıdaki mövzuları əhatə edəcəkdir:

* İqtisadiyyat jurnalistikası

* Biznes jurnalistikası və onlayn media

* Etika qaydaları, məlumatın balanslı və doğru çatdırılması

Seçiləcək iştirakçılardan tələb olunanlar:

* Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi

* Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli

* Bütün təlim kurslarında iştirak edə bilməli

** 3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla noyabr 2016, yanvar və fevral 2016-də keçiriləcəkdir )

** Mart 2017-də Böyük Britaniyada tədris turu (Tədris turu zamanı Britaniyanın qabaqcıl media təşkilatları və jurnalistləri ilə görüşlər keçiriləcəkdir)

Qeyd edək ki, layihədə iştirak tamamilə ödənişsizdir və hec bir yaş və dil məhdudiyyəti yoxdur. Bütün təlimlər ingilis dilində keçiriləcəkdir, lakin Azərbaycan dilinə tərcümə təmin olunacaqdır. Ərizələr azərbaycan, rus və ingilis dillərində qəbul edilir. Seçilmiş ərizəçilər müsahibəyə dəvət olunacaqlar.

Bununla bağlı Sizdən bu layihə haqqında məlumatı müvafiq həmkarlarınızla bölüşməyi xahiş edirik. Layihə ilə bağlı sualınız yaranarsa British Council-ın Proqramlar üzrə İcraçısı Nigar Nəsrullayeva ilə 0124 97 1593 (daxili nömrə 1140) nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Müraciət üçün son tarix 05 oktyabr 2016-ci ildir. Əlavə məlumatı British Council-ın internet səhifəsində (www.britishcouncil.az) Tədbirlər bölməsindən əldə edə bilərsiniz.

Xahiş edirik nəzərə alın ki, CV-lər Ərizə forması ilə birgə göndərilməlidir. Tək CVlər nəzərdən keçirilməyəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024