Mobil versiya
Azərbaycanda bu işçilərin maaşı artırılacaq
Tarix: 20-09-2016 | Saat: 16:52
Bölmə:İqtisadiyyat | çapa göndər




Xəstəxanalarda çalışan həkimlərin əməyinin qiymətləndirilməsi meyarları dəyişdiriləcək.

Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanalarına mövcud vəsaitdən 2 dəfə çox əlavə vəsait daxil olacaq.

Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev APA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, əgər maliyyə vəsaiti artacaqsa, deməli, həkimlərin əmək haqqı da artacaq.

Onun sözlərinə görə, xəstəxanada çalışan həkimlərin əməyinin qiymətləndirilməsi meyarları dəyişdiriləcək:

"Həkimin xəstələrinin sayına müvafiq olaraq gəlirləri müəyyən ediləcək. İcbari tibbi sığorta sistemində ödənişləri adambaşına olacaq. Bu, həkimlərin əmək haqlarının artımına səbəb olacaq. Xəstə sayı çox olan həkimlər şəffaf şəkildə daha çox gəlir əldə edəcəklər”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024