Mobil versiya
Azərbaycanda cinsi azlıqlarla bağlı layihə keçiriləcək - FOTO
Tarix: 20-09-2016 | Saat: 16:36
Bölmə:Səhiyyə | çapa göndər




Azərbaycanda transgenderlərin İİV-ə yoluxmaya görə ayrıca risk qrupu


Azərbaycanda transgenderlərin İİV-ə yoluxmaya görə ayrıca risk qrupuna daxil edilməsi məqsədilə işlər aparılacaq.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİCS Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov Trend-ə deyib ki, Azərbaycanda 2018-ci ildə transgenderlər arasında kəşfiyyat-epidemioloji nəzarət proqramının layihəsinin həyata keçirilməsi planlaşdırılır. Layihənin dünyanın ən böyük donor təşkilatlarından biri olan QİÇS, Vərəm və Malyariya ilə Qlobal Mübarizə Fondu tərəfindən maliyyələşdiriləcəyi gözlənilir: "Avropa mütəxəssisləri bizə məsləhət görürlər ki, biz trangenderlər arasında təhlillər aparaq. Transgenderlər bizim tərəfimizdən ayrıca risk qrupu kimi təyin edilməyib. Amma sosial şəbəkələrdə və digər yerlərdə baxıb görürük ki, transgenderlər çoxalıb. Onlar infeksiyaya yoluxma baxımından daha həssas qrup sayıla bilərlər. Belə şəxslər cinsi münasibətdə olanda xəstəliyi başqalarına keçirə bilərlər".

Şöbə müdiri qeyd edib ki, layihənin Bakı, Sumqayıt, Gəncə, Qazax, Şirvan, Hacıqabul və Lənkəran, Astarada həyata keçirilməsi nəzərdə tutulur: "Layihə çərçivəsində transgenderlər arasında epidemioloji baxımdan vəziyyət, onlar arasında İİV-ə, o cümlədən hepatit B və C-yə yoluxma tendensiyası, həmin şəxslərin İİV-lə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi planlaşdırılır".

Onun sözlərinə görə, Azərbaycanda İİV-ə yoluxmaya görə 4 risk qrupu var ki, onlar da homoseksuallar, kommersiya seks işçiləri, məhbuslar və inyeksiyon narkotik istifadəçiləridir.

N.Zülfüqarov əlavə edib ki, əgər hər hansı qrup üzrə infeksiya faizi 5-dən yüksəkdirsə, onlar risk qrupları hesab olunur: "Onlar arasında müəyyən dövrdən bir kəşfiyyat-epidemioloji nəzarət layihəsi həyata keçiirilir. Sonuncu layihə bütün risk qrupları üzrə 2015-ci ilin fevral ayında bitib".

N.Zülfüqarovun sözlərinə görə, 2011-ci ildə küçə uşaqları arasında da kəşfiyyat-epidemioloji nəzarət proqramı aparılıb: "Çox sevindirici haldır ki, onlar arasında İİV-ə yoluxma halları aşkarlanmayıb. Küçə uşaqları cinsi əlaqə ilə daha tez - yetkinlik yaşlarında məşğul olduqlarına görə, onlar arasında sifilis, hepatıt B olsa da, İİV olmayıb".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024