Mobil versiya
Cəlal Turksoy Rəsullu ŞƏHLA əsəri
Tarix: 20-09-2016 | Saat: 15:50
Bölmə:Seçilənlər-5 | çapa göndər

Cəlal Turksoy Rəsullu   ŞƏHLA  əsəri

Azərbaycanın yeni qələm tutan əllərinin sahibi Celal Turksoy Resullu saytımızıın qonağı oldu və öz yeni əsərini bizim saytımıza təqdim etdi

ŞƏHLA

-Səhər yenicə açılır buludların arxasından boylanan günəşin al şəfəqləri üfüqlərdən süzülüb pəncərədən Şəhlanın otağını aydınlandırırdı.Gözlərinə düşən günəş şüasından balaca Şəhla oyanır və gözlərini ovuşdura-ovuşdura bardaş qurub oturur.Bir neçə dəqiqə oturub yuxudan ayılır və sonra yerindən qalxır.
-Hər zaman təmiz və səliqəli olan Şəhla heç vaxt tənbəllik etməzdi.
Onsuzda başqa geyimi olmayan Şəhla məktəbli formasını geyinir yerini yığır otağını səliqəyə salır gedib əl-üzünü yuyur.Səhər yeməyini hazırlayıb oturub səhər yeməyini yedikdən sonra qabları yuyur süfrəni yığışdırır və ayyaqablarını geyinib çantasını əlinə alıb məktəbə yollanır.
-Fəqət hansı məktəbə...
Bəli dünən baş verən zəlzələdə məktəbin divarlarında böyük çatlar yaranmış və məktəb tamamiylə yararsız hala çevrilmişdi.məktəbi bu halda görən Şəhla və digər şagirdlərlə bərabər müəllimlər və kənd sakinləri böyük çaşqınlıq içərisində idilər.
Çünki kənd hər nə qədər böyük olsa da onun cəmi bir məktəbi var idi ki o da artıq yoxdur.Ancaq nə etməli ya məktəbsiz qalıb şagirdlərin təhsilinə son verib onları həyatın qaranlıq çirkablıqlarına tərk etməli yaxud bu işə bir çarə tapılmalıydı.
Onsuz da yarı ac yarı tox yaşayan kənd sakinlərinin yeni bir məktəb binası tikdirməyə imkanı yox idi.Onlar son çarəni hökumət rəhbərlərinə müraciətdə görürürdülər,lakin nə fayda.....
Keyfi-keyfiyyətdə yaşayan rəhbərləri nə Şəhlanın nə də digər şagirdlərin gələcək təhsili maraqalandırmırdı.
Dəfələrlə müraciətlərə baxmayaraq məktəbin tikintisi ilə maraqlanan olmadı.kənd ağsaqqalları və kənd rəhbərləri bir təkliflə çıxış etdilər ki kəndin tibb məntəqəsini məktəbə versinlər xəstələrimizi şəhər xəstəxanasına apara bilərik.Hər halda onlar öz gələcəkləri olan körpə fidanlarını bəlkə də gələcəyin böyük həkimi fizikaçısı riyaziyyatçısı olacaq o şagirdlərin təhsilsiz qalmalarına imkan verə bilməzdilər.tibb məntəqəsi təhsil üçün hər nə qədər şəraitsiz və məktəb üçün balaca olsa da amma nə etməli başqa əlac yox idi və nəhayət kəndin tibb məntəqəsi orta məktəbə çevrildi.
Şeraitsizlik içində təhsilini davam etdirən Şəhlanın artıq bir hədəfi var idi böyüyüb müəllim olmaq özəl məktəblərdə dərs deyib qazancıyla yeni məktəb tikdirmək.artıq illər ötmüşdü nə məktəb tikdirən var idi nə şagirdlərlə maraqlanan,nə də tibb məntəqəsinin halına yanan.Kənd sanki unudulmuşdu.
Şəhla artıq orta məktəbini bitirib məzun adını qazanmışdı onu arzularına çatdıracaq gələcəyini təyin edəcək böyük sınağa ali məktəbə qəbul imtahanına hazırlaşırdı.
Hazırlaşırdı ancaq necə…
Bəli bir məktəbin tikintisinə bu qədər biganə yanaşan hökumətin təhsilə verdiyi qiyməti təyin etmək o qədər də çətin deyil
-''Elm və mədəniyyət ideal insan üçün tərəzinin bərabər hissələridir,, . Şəhla mədəniyyətin simvoluna çevrilmişdi ancaq elm
--Elm ki bir insanın tək başına qavrayacağı bir şey deyildir əgər bu mümkün olsaydı nə məktəb nə də digər təhsil ocaqlarına ehtiyac olardı.
Məktəblər demişkən yəqin hökumətin fikrincə elmi şagirdlər özləri öyrənməliymiş ki bu səbəbdən də məktəbin tikintisinə ehtiyac duymamışdır.
-Elm millətin dövlətin gələcəyidir,elmli xalqı məğlub etmək qeyri mümkündür elmsiz insan yalniz qul ola bilər bəs bu halda təhsilə biganəlik hökumətin hansı addımından xəbər verir.
Təhsilə biganəlik
Bəli təhsilə hökumət tərəfindən biganəliyin nəticəsidir ki.
arıtq nəyin ki həmin kənd bütün ölkə daxilində əlavə məşğlələrə getmədən universitetə qəbul olmaq qeyri mümkündür ancaq maraqlısı ondadır ki həmin hazırlıqlarda dərs deyən müəllimlər elə həmin məktəblərin müəllimləridir.
Onda belə bir sual maraq doğurur əgər bu şagirdlər yaddaşsızdırlarsa onda məşğələdən sonra niyə qəbul ola bilirlər yox əyər yaddaşlıdırlarsa niyə məşğələsiz qəbul ola bilmirlər.Əlbətdə buna cavab tapmaq mümkündür
----Ancaq bu sualı qarşı tərəfdən verdikdə məsələnin əsl mahiyyəti üzə çıxır,əgər müəllimlər savadsızdırsa məşğələlərdə dərs dedikləri şagirdlər niyə qəbul olur.Ancaq həmin şagirdlər həmin müəllimlərdən məktəbdə dərs almaqla niyə qəbul ola bilmirlər,Məsələ aydındır…..
Bütün bu bədbəxtliklərin bəli bədbəxtlik təhsilsiz cəmiyyət əsl bədbəxtlikdir..
Kökündə dayanan məhfum madiyyatdır
-Madiyyat dedikdə biz məcbur olaraq muəllimlərin məvaciblərinə nəzər etməli oluruq ki burada da heç xoşa gəlməz bir halla qarşılaşırıq
bu gün ölkədə müəllim maaşları verdikləri dərsə görə yox keçdikləri dərs saatlarına görə hesablandığından əlbətdə onlar dərs saatlarının çoxluğunu tələb edəcəklər nəyin ki dedikləri dərsin keyfiyyətinə fikir vermək.
Lakin məvaciblər məktəblərə verilərkən dərs saatları yox qəbulda yüksək nəticə göstərən şagirdlərə şagirdlərə ən çox tələbə adını qazandırmış məktəblərə şagirdlərin imtahanda ən yüksək nəticə göstərdiyi fənn müəllimlərinə görə hesablansaydı müəllimlər məktəb dərslərinə bu qədər biganə yanaşmaz əlavə hazırlıqlara cəlb etdikləri şagirdlərdən yığdığı pulları hökumətdən alar və əlavə hazırlıqlara gələ bilməyən imkansız lakin istetadlı yaddaşlı şagirdlər də ali məktəbə qəbul ola bilərdilər..
Əlavə məşğələyə gəlməyə şübhəsiz ki hər kəs də imkan olmur ələxsus yarı ac yarı tox yaşayan mədəniyyətin simvoluna çevrilmiş iti yaddaşlı Şəhla üçün hazırlıqlara getmək qeyri mümkün idi.
-O şəraitsizlik içərsində oturduğu parta arxasından müəllimlərinin gözlərini süzür gözlərində sanki onlara yalvarışlar yağdırırdı onun tək hədəfi oxumaq təhsil almaq öyrənmək və gələcək də müəllim olub özü kimi əlacsız şagirdlərə elm öyrətmək idi.
--Bəs müəllimlər Şəhlanın gözlərindəki yalvarışları görürlərmi onun məğrur gözlərindən kiçik qəlbin böyük arzularını oxuya bilirlərmi
-Məncə xeyr
--Çünki Şəhla kimi onların da hədəfləri var idi Şəhlanın hədəfləri nə qədər pak və təmiz ürəkli idisə onların ki bir o qədər çirkin və yalnız özünü düşünmə təməlli başqalarını məhf etmək arzuları idi
--Şagirdlərinin təhsilinə biganə yanaşan hər şeyi madiyyatda görən müəllimlərinin sayəsində Şəhla bu yolu tək getməyə məcbur oldu
Ancaq nə çarə
--Günəşsiz səhər qələmsiz kitab susuz şəlalə gülsüz gülüstan və nəhayət müəllimsiz elm ola bilərmi xeyr bu mümkün deyil
-Şəhla artıq böyük arzu və hədəflərinin son qapısında qorxu və həyəcanla imtahan cavablarını gözləyirdi o cavablar ki Şəhlanın bütün həyatını dəyişdirməyə və gələcəkdə Şəhla kimi şagirdlərin təhsil ala biləcəyi yeni bir məktəb tikdirməyə bəlkə də Şəhlaya imkan verəcəkdir
-Yox bu fürsət ona qismət olmadı kiçik qəlbin səmimi və böyük arzularını Şəhla elə qəlbindəcə məhf etməyə məcbur oldu,o artıq həyatdan küsmüş nəfəs almağı belə özünə ar bilirdi dost və yoldaşlar içərisinə çıxmağa utanır qəbul olan digər şagirdlərə baxır köks ötürürdü onların sırasında ola bilmədiyi üçün həyata üsyan edir talehin ona bəxş etdiyi bu qaranlıq yoldan xilas olmaq üçün bir çarə düşünürdü nə etməli necə etməli artıq dönüş yoxdur
-Həyatın bütün çətinliklərinə mərdliklə və cəsarətlə sinə gələn Şəhla bu gün mərdliyin nə olduğunu unutmuşdu.talehin bu oyununa qarşı Şəhla artıq çox aciz görünürdü
Gücsüzlərin acizlərin öz qüvvəlerini dərk etməyən həyata qarşı üsyan qarşısında cəsarətlə addımlamağa qorxan dünyada hədəfi olmayan hədəf üçün iradəylə mübarizə aparmağı bacarmayan və bu yolla özünün bir heç olduğunu özü də təsdiqləmiş insanlar kimi Şəhla da artıq intiharı seçmişdi.
Hər şey hazır idi kəndir asılmış Şəhlaysa ürkək baxışlarla kəndiri süzür həyatı gözdən keçirir göz yaşları içərisində puç olan arzularını xatırlayır həyatdan ümidlərini üzür və bu həyatla vidalaşmağa sanki tələsirdi ürəkdə arzulara çatmaq diləyiylə vuruşarkən ayaqlar heç istəksiz yavaşca kəndirə doğru addımlayırdı.Bütün insanlığa yardım əlini uzatmaq istəyən Şəhlaya bu gün yardım əlini uzadan bir şəxs yox idi o yalnız özü bu çətin mübarizəylə üz-üzə qalmışdı.
Kəndirə yaxınlaşdıqca bədəni tir-tir əsir beynində fikirlər dolaşır yumruqlarını bərk-bərk sıxıb dişlərini qıcadır və sanki ona bir səs deyir,,,,,
-o kəndirlə boğulan tək Şəhlanın həyatı deyil o kəndirlə Şəhla boğularsa həmin kəndin neçə şagirdi boğula bilər.
Həmin kəndirlə tək Şəhlanın ümidləri deyil bir məktəbin talehi məhf ola bilər
-Bu kəndirlə duran Şəhlanın çox gənc saf və kiçik ürəyi deyil kənd sakinləri və ºagirdlərin məktəb arzuları puç ola bilər
-Bu kəndirlə tək Şəhlanın deyil elmin nəfəsi kəsilə bilər
-Şəhla bu səslərlə vuruşur sanki səsdən yaxa qurtarıb bir anlığa kəndirin ovuşuna özünü atıb həyatdan yaxa qurtarmaq istəyirdi.Ancaq yox səslər onu rahat buraxmır beynində təkrar-təkrar tüğyan edib onu mübarizəyə səsləyir və böyük bir ümidlə kəndiri yerindən söküb atmağı əmr edirdi
-Şəhla bu səslərdən təsirlənmiş və fikrində çaşqınlıq yaranmışdı əvvəl sadəcə ölüm arzulayan balaca Şəhlanın fikrində artıq yalnız mübarizə uğursuzluqlara bədgümanlıqlara və həyatın bütün qara səyfələrinə qarşı amansız üsyan aparmaqdan başqa bir şey yox idi.
-Bəli Şəhla bunu bacarmışdı o nə qədər kiçik olsa da böyük ürəyə sahib olduğunu bütün dünyaya göstərmək istəyirdi
-Məğrur baxışlar ümidsiz diləklər yaş dolu gözlər artıq tamamiylə dəyişmiş yalnız mübarizə və yalnız mübarizə Şəhlanı bütünlüklə ovuşuna almışdı.
-Şəhla o kiçik və zərif əlləriylə az qala onun həyatına son qoyacaq kəndiri şeytani bir alın yazısına qarşı böyük üsyanla yerindən söküb ataraq özünü təbiətin qoynuna salır və mübarizə mübarizə mübarizə deyərək var gücüylə qışqırır,
-Şəhla artıq öz yolunu təyin etmiş elm oxumaq öyrənmək kimi sözləri özünə şüar etmişdi lakin o artıq parta arxasında əyləşə bilməzdi.oxumaq üçün o yalnız hazırlıqlara getməli məşğələlərdə müəllimlərdən dərs almalı idi bunun üçün isə əlbətdə vəsait tələb olunurdu.Bəs bunu necə əldə etməli
Şəhla çalışmalı və pul qazanmalıydı təhsilə bu qədər biganə yanaşan hökumətin idarə etdiyi ölkədə iş tapmaq o qədər də asan məsələ deyildi hələ Şəhla kimi təcrübəsiz və çox gənc bir qız uşağı üçün.
Heç bir iş tapa bilməyən Şəhla anasından öyrəndiyi dərzilik sənətiylə kənd sakinlərinə xidmət etmək qərarına gəldi
Ancaq nə çarə ki bununla qazancı çox az olur və müəllimlərə verəcək vəsaiti toplaya bilmirdi.
Şəhlanın fitri istedada malik olduğunu bilən kənd sakinləri umidlərini ona bağlayıb onun oxuması üçün öz köməkliklərini əsirgəmədilər.
Artıq hər kəsin gözündə ümid çırağına çevrilmiş Şəhlayla müəllimlər də əlindən gəldiyi qədər daha çox məşğul olur onun ali məktəbə qəbul olması bütün kənd üçün önəmli hədəfə çevrilmişdi.
Şəhla da bu yolda yorulmadan çalışır bütün kənd sakinlərinin ümidlərini doğrultmağa və öz hədəfinə çatmağa can atırdı.
-Zaman keçmiş məqam yetişmişdi Şəhla bu mübarizənin birinci mərhələsini müvəffəqiyyətlə başa vurmuşdu.Belə ki qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş və ali məktəbə qəbul ola bilmişdi.Şəhla universitetdə də digər yoldaşlarından seçilir universitet muəlllimləri də onun bu istedadına heyran qalır və ona xüsüsi diqqət göstəriridilər ki bu da yoldaslarının ona qarşı paxıllıq hisslərinə səbəb olurdu.Beləliklə Şəhla universiteti ən yüksək nəticəylə bitirdikdən sonra təhsilini də davam etdirməklə yanaşı hədəflərinə doğru da irəliləyirdi.O artıq doğrudan da ölkə miqyasında fitri istedadına görə böyük ad san qazanmışdı,Bütün şagirdlər və dövlət idarələri bu cür istedadlı gənci öz kadrlar sırasında görməyə can atırdılar,
Şəhla böyük şirkətə işə qəbul olmuş şirkətin önəmli işçilərindən birinə çevrilmişdi onun artıq işlərindən baş qaldırmağa vaxtı çətin tapılırdı.
-Çalışdığı şirkəti zirvələrə qaldırmaq üçün xaricə səfərlər edir böyük şirkətlərin təcrübələrini öyrənir və həmin təcrübələrdən şirkətin inkişafı üçün məharətlə istifadə edirdi.
-Şəhla o qədər böyük ad san qazanmışdı ki artıq kənd sakinləri onun qəbuluna belə düşə bilmirdilər.
-Daim yüksəliş arxasınca qaçaraq şirkətin nüfuzunu qaldırmağa çalışan Şəhla artık köhnə hədəflərini unutmuş nə kənd sakinlərinin nə məktəb şagirdlərinin halını düşünürdü.
-Şəhla həyatın mübarizələrini vermiş və talehin qaranlıq dərinliklərindən sıyrılıb çıxa bilmişdi.
-Lakin kəndin yüzlərlə şagirdi hələ də şəraitsiz tibb məntəqəsində təhsil alır və bu şəraitsizlik ucbatından yavaş-yavaş elmlə vidalaşırdılar.
-Ürəklərində yeganə ümid yeri olan Şəhladan da ümidlərini üzmüş soyuq bir qış günündə məktəbin buz kimi divarları arasında qırıq partalarda əyləşmiş fidanlar soyuqdan donmuş əllərini ovuşdurur və titrək səslə unudulmuş bir məktəbin halına yanır dağılmış məktəblərinin gələcəyini düşünür həyat yolunda uzləşdikləri bəxtsiz talehlərinə üsyanla göz yaşları içərisində acizanə şəkildə bir yerdə oxuyurlar,,,,,,,,,,,,,,,

Elm öyrətmirsən sən bizə məktəb
Soyuqdu divarın otağın sənin
Qırıq partaların yox kitabların
De nəyə lazımsan sən belə məktəb

Səndən neçə şagird səsi gələrdi
Elimin bizlərə həyat vərərdi
Bir ümüd yerimiz sən idin bizim
Tək sənin varlığın ömrə dəyərdi

Üsyanla qaldır bir başını məktəb
Sən bizi elimsiz heçə döndərmə
Biz sənin övladın sənin sabahın
Sabahın qaranlıq yola göndərmə
SON



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024