Mobil versiya
Zamin duranlar ehtiyatlı olun – VİDEO
Tarix: 16-09-2016, 11:24 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Zamin duranlar ehtiyatlı olun – VİDEO

Bakı sakini özü də bilmədən ikinci dəfə zaminə çevrilib.

Bakı sakini Sərxan Baxşəliyevin başına qəribə iş gəlib. O, 3-4 il öncə bankların birindən kredit götürən qohumuna zamin durub. Kredit götürən şəxs həmin krediti vaxtında ödəyib və bitirib.

Bir neçə gün öncə isə bankdan Sərxana sürpriz zəng gəlib və bildirilib ki, zamin durduğunuz şəxs borcu ödəmir, ona görə də həmin kredit borcunu siz ödəməlisiniz.

Məlum olub ki, qohumu onun xəbəri olmadan yenidən bankdan kredit götürüb. Bank isə Sərxana xəbər verməyib ki, sizi zamin kimi qeyd edirik.

Qohumu borcunu ödəyə bilməyəndə isə bankdan zəng vurublar ki, siz zaminsiniz, krediti siz ödəməlisiniz. Bu azmış kimi, iş yerinə məktub yazıblar ki, mühasibatlıq maaşından tutub banka ödəsin.




5420 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930