Mobil versiya
Bürclərin seksual uyğunluğu
Tarix: 15-09-2016 | Saat: 14:38
Bölmə:Media | çapa göndər

Bürclərin seksual uyğunluğu

Kişidə və qadında bürclərin seksual uyğunluğu – kifayət qədər ciddi bir mövzudur. Bəzi cütlüklərin bir-iki dəfə cinsi əlaqədən sonra bir-birindən ayrılmaları tez-tez baş verən bir hadisədir. Və əlbəttə ki onların arzuladığı uzun və xoşbəxt birgə ailə həyatı haqqında bütün xəyalları puç olur. Buna görə, bu və ya digər cinslər münasibətlərini qurmağı planlaşdırarkən, əvvəlcə onların bürclərə görə seksual uyğunluğu ilə tanış olmaları daha rahat olardı:

Qoç

Qoçlar çox həssasdır, amma bununla yanaşı onlar həm də inanılmaz seksualdır. Bu bürcün insanları yataqda acgöz və ixtiraçı bir insanlardır. Onlar inaddır, ehtiraslıdır və intimdə kifayət qədər eqoist ola bilərlər. Buna görə Qoçların seksual uyğunluğu, yaxınlıq vaxtı dominantlıq etməyə üstünlük verən və çətin əldə edilən insanlarla daha yaxşı tutuşur. Bu bürclər lazım qədər ehtiraslı və partnyorun hissiyyatı dərk edən bir insanlardır

Buğa

Buğalar seksi sevsə də və onu qiymətləndirsələr də, amma onları çox temperamentli adlandırmaq çətindir. Bu bürc altında doğulmuş insanlar coşqun cinsi əlaqəyə üstünlük verməsələr də, amma əsaslı və uzun müddətli bir eşq marafonuna üstünlük verirlər. Buğalar hər zaman arzu edirlər ki, bu dövür dəyişməz ssenari ilə keçsin. Buğaların bu keyfiyyətinə görə onların seksdə müxtəlifliyi sevən insanlarla tutuşması çətin ki mümkündür

Əkizlər

Bu bürc altında doğulan insanlar cinsi həyatlarında monotonluğa az yer ayırırlar və onları əhatə edən seksual sferaya yenilik gətirməyə üstünlük verirlər. Bütovlükdə onlar çox ehtiraslı olmasa da, amma ixtiraçı və maraqlanan ola bilirlər. Əgər əkizlər bürcündən olan insanlara, yaradıcılıq prosesinə köklənmiş partnyorlar rast gəlrsə, onunla intim əlaqə sadəcə çox əla ola bilər.Ancaq bir şərtlə ki, intellektual uyğunluq olsun

Xərçəng

Xərçənglərin erotik qoroskopu onlarda olan hissiyyata, zərifliyə və intimə və bu insanlarının nəzakətinə şahidlik edirlər. Amma onları çox temperamentli adlandırmaq olmaz. Xərçənglər yataqda kəşflərə meylli deyillər. Hərçənd onlarda seksual istəyə emosional meyil də qatılarsa onda bu bürc altında doğulanlar öz partnyoruna seksual həzzin maksimumunu çatdırmağa hazırdırlar.

Şirlər

Şirlər – var gücü ilə onları yataqda təəcübləndirməyə çalışan insanlara qarşı çox gözəl məşuqdurlar. Ancaq onlar həddindən artıq atəşli ehtiraslığa meylli deyillər, buna görə onlar öz seksual qoroskopunda ilk növbədə seks deyil, hisslərə meyilli olanlara daha çox yaxınlaşırlar. Əgər bu xüsusiyyətlər mövcuddursa onda şirlər intim uyğunluqla təmin edilmişdir

Qız

Qızlar, bir qayda olaraq cinsi münasibətlərdə tələsik və təsadüfü seksual əlaqələri sevmirlər. Hətta onlar çox xoşladığı bir insana rast gəlsə belə, onu örgənmək üçün uzun müddət özünü saxlamağa bacarıqlıdır. Amma bu o demək deyil ki bu bürcün insanları qeyri-seksualdır. Sadəcə qarşıdakı insanı yaxına buraxmaq üçün onlar intellektual və emosional uyğunluqdan əmin olmalıdırlar. Buna görə Qız bürcünün insanlarına dözümlü və bunu bacaran inanlar lazımdır. Həddən artıq səbirsizlik və təzyiq sadəcə onları həmişəlik sizdən uzaqlaşdıracaq

Tərəzi

Tərəzilər intim münasibətlərdə həyəcanlandıran və intriqa salan atmosfer yaratmağı sevirlər. Bu bürcün insanlarının temperamenti nadir hallarda çox isti olur. Amma sonsuz ixtiraçılıq qabiliyyətlərinə görə onları rədd etmək qeyri mümkündür. Bütovlükdə tərəzilərə, daha çox təşəbbüsü həvəslə ələ alan partnyorlar uyğundurlar. Ancaq, əgər bu bürclər xüsusi hislərə səbəb olan insanlardırsa, onlar istədikləri zaman lazım olan füsunkar seksi təşkil etməyə bacarıqlıdırlar

Əqrəb

Əqrəblər – ən temperamentli bürclərdən biridir. Amma zahirən onlar soyuq və təmkinli görünməyə çalışırlar və hər yoldan ötənlə yataqda uzanmağa tələsmirlər. Hətta yataqda əqrəbin ehtiraslılığı heyrətləndirə və qorxuda bilər. Və seks üçün ona bacarıqlı və bu ehtiraslılığı qəbul edən və qarşılıqla cavab verən insan lazımdır

Oxatan

Oxatanlar adətən yataqda təcrübə aparmağı xoşlayırlar və belə insanlarla olduqda Kamasutraya ehtiyac qalmayacaq. Onlar başdan çıxartmağı asan və sərbəst şəkildə bacarırlar. Bu bürc nişanı altında doğulan insanların seksual cazibədarlığı altına düşməyi hər kəs bacarar. Və hər kəsi də onlar təəccübləndirməyə və təmin etməyə bacarıqlıdır. Və nəticədə seksual uyğunluq yaranır. Amma onlar uzun müddət eyni partnyora qarşı güclü meyl hiss etməyi bacarmırlar. Buna görə, oxatanla tam cinsi uyğunluq üst-üstə düşmək üçün hər dəfə onları təəccübləndirmək lazımdır


Oğlaq

Oğlaqlar bir qayda olaraq, çox da isti temperamentə malik deyillər. Onları yataqda nəvazişlə, zərifliklə tutmağa ehtiyac yoxdur. Həmçinin onlar yeniliklər sevmirlər və seksdə eyni metodları tətbiq etməyə üstünlük verirlər. Və bu o deməkdir ki, seksdə müxtəlifliyə üstünlük verən insanlarla intim münasibətlərdə onlara çətin olacaq. Onlar yalnız həssasdır. Daimi təcrübələr onları tez yorur və hətta ən sevdikləri insandan belə sıx yaxınlıqdan çəkinməyə başlayırlar. Çünki onlar hesab edirlər ki, onlar tamamilə təmin edilə bilmirlər və yataqda uyğunluq qeyri-mümkündür

Dolça

Dolçalar qeyri-standart cinsi yaxınlığa çox meyillidirlər. Yaxşı fantaziyaya malik olan insanlar, açıq seks kəşfləri onları yataqda təəcübləndirə bilər. Ümumiyyətlə Dolçalar həddindən artıq güclü temperamentə malik deyillər və onlar müxtəliflikdən istifadə edərək yalnız bunun nə olduğunu bilmək istəyirlər. Amma o demək deyil ki, təcrübə aparmaq istəyirlər. Xəyallar dolçaları daha çox oyadır, nəinki onların təcəssüm etməsi. Buna görə də kim ki intim münasibətlərdə ixtiraçılığa meyllidir, onlar dolçalardan artıq şey gözləməsinlər

Balıqlar

Bu bürcün nümayəndələri qeyri-adi seksual xüsusiyyətə və hissiyyata meyillidirlər. Ancaq balıqlar öz erotikliyini intim imkanı ona təqdim edilən kimi istifadə etməyə çalışmırlar. Bu bürcün insanları ilə hadisələri gücləndirmədən və təcili yaxınlığa təkid etmədən son dərəcə ehtiyatlı keçinmək lazımdır. Başqa cür balıqlar sürüşərək əldən çıxa bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024