Mobil versiya
“iPhone 7”-ni nə vaxt və neçəyə ala biləcəyik?
Tarix: 08-09-2016 | Saat: 14:01
Bölmə:Şou-biznes | çapa göndər





Apple iPhone 7 və 7 Plus smartfonlarının Azərbaycanda satışına sentyabrın 25-də başlanılması gözlənilir.

Bunu Trend-ə "Irshad Electronics" şirkətindən deyiblər.

Şirkətdən qeyd ediblər ki, daxili bazarda smartfonların qiyməti 1,4-1,6 min manat arasında dəyişəcək.

Gecə saatlarında ictimaiyyətə təqdim olunan "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının Azərbaycanda satışa çıxarılacağı vaxt və qiyməti məlum oldu.

Mobil telefonların satış mərkəzlərindən bildirilib ki, yeni smartfonların ilk partiyası artıq sifariş olunub.

"iPhone 7" və "iPhone 7 Plus" gələn ayın əvvəlindən Azərbaycan bazarında satışa çıxarılacaq.

Smartfonların ilkin qiyməti də məlum olub.

Verilən məlumata əsasən, telefonun yaddaşından asılı olaraq onun qiyməti 1600-2100 manat civarında müəyyənləşib.

Qeyd edək ki, yeni smartfonların şüşə və alüminiumdan dairəvi korpusu var. "iPhone 7" paslanmaz poladdan olan "Apple" loqosu ilə diqqəti cəlb edir. "Suya davamlılıq" yeni modellərə əlavə edilən əsas xüsusiyyətlərdən biridir. "iPhone 7" modelində "Home" düyməsi yenidən dizayn edilib. "iPhone 7"-nin kamerası 12 MP-lik sensor və optik görüntü sabitləyici ilə təchiz edilib. Fotolar yeni "iP7" çipi vasitəsilə emal olunacaq. Ön kamera 7 MP-dir və HD formatında fotolar çəkməyə imkan verəcək.

Yeni modellərdə kamera ilə çəkilən şəkillər 50% daha parlaq, fokuslanma isə daha stabil olacaq. Hər iki smartfon yeni enerjiyə qənaət nəzarəti ilə 64 bitlik dördnüvəli "A10 Fusion" prosessorları və altınüvəli qrafika çipi ilə təchiz olunub. Smartfon alıcılarına dörd rəng seçimi təqdim olunacaq: qızılı, boz, çəhrayı və qara.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə