Mobil versiya
Nazirlikdən Qurban Bayramı ilə bağlı əmr
Tarix: 06-09-2016 | Saat: 15:51
Bölmə:Seçilənlər-2 | çapa göndər

Nazirlikdən Qurban Bayramı ilə bağlı əmr


Sentyabrın 12-13-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar dövlət baytarlıq nəzarətinin gücləndirilməsi haqqında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən (DBNX) əmr verilib.

Əmr Respublikanın rayon və şəhərlərində qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satışının və kəsiminin qarşısını alması, ətlərin baytarlıq-sanitariya ekspertizasından keçirilməsi məqsədi ilə verilib.

İmzalanmış əmrdə rayon, şəhər baytarlıq idarələrinin rəislərinə tapşırılır ki, Qurban bayramı ilə əlaqədar olaraq heyvanların kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətini gücləndirisinlər. Bu məqsədlə heyvan satışı və kəsimi yerlərinə baytarlıq mütəxəssisləri təhkim olunub.

Həmçinin rayon və şəhərə satış üçün gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə Baytarlıq Şəhadətnamənin olmasının müəyyənləşdirməsi, bunun nəticəsindən asılı olaraq müvafiq tədbir görülməsi, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsi tapşırılıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024