Mobil versiya
Əsgərlərə birlikdə yatmağa və sekslə məşğul olmağa icazə verildi.. FOTOLAR
Tarix: 05-09-2016 | Saat: 17:53
Bölmə:Media | çapa göndər




Almaniyadan şok qərar, bir-biri ilə intim əlaqədə olan əsgərlər


Almaniyada bir-biri ilə intim əlaqədə olan əsgərlərə birlikdə yatmağa icazə veriləcək.

Ölkənin Müdafiə naziri Peter Ştruk bildirib ki, bu qayda homoseksual və hetereseksual cütlüklərə aid edilir.

Müdafiə naziri ictimai əxlaq qanunlarının dəyişdiyini nəzərə alaraq qanunda belə bir düzəliş edilməsinin zəruri olduğunu söyləyib.

Bu günə qədər alman ordusunda vətəndaş və ya rəsmi nikahda olan cütlərin ümumiyyətlə hərbi xidmət müddətində intim münasibətlərə girməsinə icazə verilmirdi.

Parlamentdə təmsil olunan Sosial Demokratlar Partiyasının nümayəndələrinin etirazlarından sonra yeni qaydalar barəsində ictimaiyyətə açıqlama verilib. Parlamentarilər bildiriblər ki, kazarmalarda birgə yaşayışa qoyulan qadağanlar orduda xidmət etmək istəyən alman qadınları qorxudur.

Müdafiə Nazirliyi hesab edir ki, yeni qaydalar əsgərləri xidməti borclarını yerinə yetirməkdən yayındırmayacaq, əksinə ruh yüksəkliyi verəcək.

"İnsanları sevdiyi şəxsə gecən xeyrə qalsın deməmək daha çox narahat edir. Seks insan həyatının bir hissəsidir, onun hərbiçi olması heç nəyi dəyişmir. Yeni qaydalar əsgəri xidmətə gəlmək istəyənlərə stimul verəcək", deyə müdafiə nazirliyinin rəsmi nümayəndəsi bildirib.


Əsgərlərə birlikdə yatmağa və sekslə məşğul olmağa icazə verildi.. FOTOLAR









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024