Mobil versiya
310 saylı Tam Orta Məktəb MÜƏLLİM valideyn münasibətləri ilə uğurlarını artırır
Tarix: 02-09-2016 | Saat: 16:13
Bölmə:Təhsil | çapa göndər



Qarşıdan gələn 15 sentyabr bilik günü her bir şagird kimi müəllimlər də həyəcanlı olur

Müəllim adından dünyada müqəddəs nə ola bilər?! Çoxlarımız fikirləşib deyərik ki, yalnız “Ana” və “Vətən” kəlmələri!

Amma, daha dərindən fikirləşsəniz anamız bizi dünyaya gətirib ilk addım atmağı,ilk sözləri deməyi öyrədibsə,müəllimlərimiz də ağ vərəqlər üzərində ilk dəfə “Ana,Ata, Vətən,” kəlmələrini yazmağı öyrətmiş,onların mənasını açıqlamış,bizə uzaq ulduzların sirrini açmış,tariximiz və keçmişimizlə tanış etmişdir.Onlara da Anamıza olan eyni ehtiram və sevgi ilə yanaşmağımız düz olmazdımı? Bu sualın cavabı sorağı ilə Bakı şəhəri Sabunçu rayonu 310 saylı Tam Orta məktəbində olduq. Məktəbin direktoru Rəsmiyə Quliyeva bizi rəhbərə məxsus tərzdə qəbul etdi. Bildirdi ki, rəhbərlik etdiyi məktəbdə 110 müəllim şagirlərin təlim-tərbiyyəsi ilə məşğul olur. hər il məktəbdə 8-9 pedoqoji şüralar keçrilir. Müəllimlərlə təhsil sahəsində aparılan islahatlardan danışılır.Qarşıda duran peşə fəzifələri müəyyənləşdirilərək tədris ili dövründə həyata keçrilir. Müəllimlərin şagirlərlə davranışına xüsusi fikir verilir. Müəllim valideyn münasibətlərinin qurulması üçün səmərəli üsullardan istifadə edilir. Məktəbimizdə səriştəli pedoqoji fəaliyyəti ilə seçilən müəllimlərlə sizləri tanış etməyi özümüə borc bilirəm. Rzayeva Sədaqət,Cəbrayilova İradə, Səfərov cabir, Qasımova Alina, tərəqqi medallı Nəcəfova Yeganə, Sadıqova Lətafət, Xəlilova Gültən və bu sıranı artırmaq da olar. adları çəkilən müəllimlərimiz həm pedoqoji fəaliyyəti ilə, yüksək mənəvi dəyərlərə malik olmaqları ilə, Həm də tədris ili dövründə müəlim valideyn münasibətlərinin düzgün formada qurulmasında çox böyük rol oynayır və müəllim peşəsinin nüfuzunu qaldırırlar.Müəllimlərimizi peşə bayramı münasibəti ilə səmim qəlbdən təbrik edir, fəaliyyətlərində uğurlar diləyirəm.

Qarşıdan gələn bilik bayramınız mübarək əziz müəllimlər

Kənan Məmmədzadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024