Mobil versiya
Dövlət qurumları bahalı avtomobilləri ucuz qiymətə satışa çıxarıb
Tarix: 31-08-2016, 13:13 | Saat: 15:47:00
Bölmə:Şou-biznes | çapa göndər

Dövlət qurumları bahalı avtomobilləri ucuz qiymətə satışa çıxarıb


Sentyabrın 14-də baş tutacaq hərraca çıxarılan nəqliyyat vasitələrinin sayı 7 ədəddir

"BMW" "Chevrolet", "Passat", "Audi" və "Nissan Maxima" markalı avtomobillər endirimlə hərraca çıxarılacaq. Əmlak Məsələləri Dövlət Komitəsi sentyabr ayında avtomobillərin növbəti hərracını keçirəcək. İnterAz xəbər verir ki, bununla bağlı məlumat komitənin rəsmi internet səhifəsində yerləşdirilib.

Məlumatda bildirilir ki, sentyabrın 14-də baş tutacaq hərraca çıxarılan nəqliyyat vasitələrinin sayı 7 ədəddir. Həmin avtomobillər artıq bir neçə dəfə hərraca çıxarılıb. Bu dəfə isə təkrar hərrac keçirilir. Hər bir avtomobilə 10-50 faizə arası endirim tətbiq edilir.

Həmin nəqliyyat vasitələrinin siyahısını təqdim edirik:

Müəssisənin adı – NV-nin markası-Buraxılış ili- Start qiyməti 10% beh (manatla)

1. “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı-VAZ-21213-2004-2679-268

2. Azərbaycan Milli Elmlər Akademiyası QAZ-31102-120 2005 - 1568 - 157

3. Tərtər rayon İcra Hakimiyyəti BMW-523 2006 - 9917 - 992

4. Laçın rayon İcra Hakimiyyəti Chevrolet Niva 2007 - 3069 - 307

5. TN - Milli Konservatoriya - Volkswagen Passat - 1998 - 1875 - 188

6. Sahibkarlığa Kömək Milli Fondu - Audi A6 L 2005 - 3827 - 383

7. MvTN- Bakı Turizm Peşə Məktəbi «Nissan Maxima» - 2000 - 1620 - 162

Qeyd: 1-ci sətirdə “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

2-ci sətirdə Azərbaycan Milli Elmlər Akademiyasının balansında olan nəqliyyat vasitəi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

3-cü sətirdə Tərtər rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

4-cü sətirdə Laçın rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

5-ci sətirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Milli Konservatoriyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır

6-cı sətirdə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır

7-ci sətirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Bakı Turizm Peşə Məktəbinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

Qeyd: Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.



5965 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930