Mobil versiya
Yol polisinə amansız hücum: 1 ölü, 1 yaralı (VİDEO, FOTO)
Tarix: 21-06-2015 | Saat: 08:16
Bölmə:Şou-biznes / Seçilənlər-3 / Manşet | çapa göndər

Yol polisinə amansız hücum: 1 ölü, 1 yaralı (VİDEO, FOTO)
Rusiyada baş verən qətl hadisəsi müşahidə kamerasına düşüb.
Rusiyada yol polisi müfəttişliyinin əməkdaşları sərxoş sürücünün amansız hücumuna məruz qalıb.

Aia.az -ın məlumatına görə, hücüm nəticəsində polislərdən biri ölüb digəri ağır yaralanıb. Sərxoş sürücünün böyük bıçağla polislərə hücümü patrul maşınında olan müşahidə kamerasına düşüb.

Hadisə Altayda Xarlove kəndində baş verib. İnspektorlar sənədlərin yoxlanılması üçün VAZ-2106 avtomobilini saxlayıb. Sürücünün sərxoş və silahlı olduğunu polislər ehtimal etməyib.

Sürücünü patrul maşınına dəvət etdikdən sonra o qanun keşikçilərinə hücum edib.

Hücum nəticəsində yol polisi 33 yaşlı Aleksandr Lyamkin həlak olub. Onun partnyoru Roman Polnikovun həyatı üçün həkimlər mübarizə aparırlar.

Hadisəni törədən sürücü həbs edilib.

[media=https://youtu.be/V8rdOQBT-VA]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə