Mobil versiya
Ərinə etiraf etdi: Qardaşınla yatmışam
Tarix: 22-08-2016 | Saat: 12:49
Bölmə:Cəmiyyət | çapa göndər



Ərinə qardaşı ilə yatdığını etiraf etdi, cavabında isə...


Bir qadın həyat yoldaşına məktub yazıb ona qaynı ilə xəyanət etdiyini etiraf edib. Ərinin cavabı isə onun üçün gözənilməz olub.

"Əziz həyat yoldaşım, bu məktubu səndən ayrıldığımı xəbər vermək üçün yazıram. Mən bütün bu 7 il ərzində sənə gözəl həyat yoldaşı oldum və qarşılığında heç nə görmədim. Ötən iki həftə isə əsil işgəncə idi, rəisinə zəng edib işdən çıxdığını deməyin son hədd oldu. Keçən həftə sən evə gəlib mənimlə divanda oturdun və yeni saç düzümümə diqqət etmədin. Eybi yox... Heç şam yeməyində sənin sevdiyin yeməkləri hazırladığıma da və yeni penuara fikri vermədin. Amma sən yeməyin üzünə baxmadın, sonra futbola baxdın və dərhal yatmağa getdin. Sən artıq məni sevdiyini də demirsən, hətta daha mənə toxunmursan. Bilirəm ki, daha məni sevmirsən və özünü bilməməzliyə vurursan, amma mən getməyə qərar verdim.

P.S. Əgər məni tapmaq istəsən, sadəcə bil ki, mən sənin qardaşın ilə Virciniyaya gedirəm.

Sənin keçmiş həyat yoldaşın!"

Onun ərinin isə cavabı belə olub:
"Əziz keçmiş həyat yoldaşım, məni heç nə sənin məktubun qədər sevindirə bilməzdi. Bəli, biz 7 ildir evliyik, lakin bütün bu illər ərzində ideal həyat yoldaşı anlayışı səndən tamamilə uzaq idi. Mən sənin sonsuz ah-vayını eşitməmək üçün saatlarla futbola baxırdım. Lakin bu, kömək etmədi. Mən sənin qısa saç düzümünü görəndə ilk ağlıma bu gəldi: "Sən kişi kimi görünürsən". Və mən buna görə də susmağa qərar verdim. Çünki anam mənə öyrədib ki, əgər nə isə xoşuma gəlmirsə, susmaq lazımdır. Və deyəsən, sən mənim sevdiyim yeməkləri qardaşımın xoşladığı yeməklərlə qarışdırırsan. Mən 7 ildir ki, donuz əti yemirəm. Mən sənin gecəliyini də gördüm, amma onun üstündə "49 $" yazılmış qiymət etiketi qalmışdı. Mən çox ümid edirdim ki, bu, heç də qardaşımın məndən aldığı 50 dollar deyil.

Hətta bütün bunlardan sonra da mən səni sevirəm və inanırdım ki, biz bütün bunların öhdəsindən gələ bilərik. İşdən isə ona görə çıxdım ki, lotereyada 10 000 000 dollar udmuşam. Bu xəbəri eşidəndə ikimiz üçün Yamaykada iki bilet aldım. Mən elə bilirdim ki, orada biz həyatımıza yenidən başlaya biləcəyik. Amma evə gələndə mən sənin məktubunu tapdım. Neynək, yəqin ki, həç nə səbəbsiz baş vermir. Ümid edirəm ki, sən xoşbəxt olacaqsan. Vəkillə artıq danışmışam, ona məktubunu göstərdim. O, mənə dedi ki, sən məndən bir qəpik də ala bilməzsən.

P.S. Bilmirəm, xəbərin var, ya yox, amma qardaşım Karl yox, Karla kimi anadan olub. Ümid edirəm ki, bu səni utandırmayacaq.
Sənin ərin!"



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024