Mobil versiya
Aldadıb 2500 manatını aldılar: "İstənilən dövlət qurumuna şikayət edə bilərsiz..."
Tarix: 20-08-2016 | Saat: 17:36
Bölmə:Cəmiyyət | çapa göndər

Aldadıb 2500 manatını aldılar: "İstənilən dövlət qurumuna şikayət edə bilərsiz..."






Şəbəkə marketinqinin qanunsuz fəaliyyəti və onlarla insanın aldadılması ilə bağlı yazılara tez-tez rast gəlirik. Lakin hələ də bu şəbəkənin toruna düşənlər var.

Növbəti şikayət Yasamal rayonu, Zivərbəy Əhmədbəyov, 29 ünvanda yerləşən "Tienis" şirkətindəndir.

"Bu şirkət iş axtaranları aldatmaqla məhsullarını satmağa çalışır. Təəssüf ki, dövlət qurumları şirkətin fəaliyyəti ilə maraqlanmır". Bunu virtualaz.org saytına Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyir.

Hüquq müdafiəçisinin sözlərinə görə, şirkətin əməkdaşları əhalinin gur olduğu küçələrdə, metro stansiyalarının yaxınlığında iş elanları paylayırlar. "Onların iş mexanizmi belədir, toruna saldıqları insanla çoxlu söhbətlər aparılır, onları inandırırlar ki, artıq adam cəlb etməklə öz bizneslərini qura biləcəklər. Bizim təşkilata müraciət edən şikayətçilərdən biri də əvvəlcə 10 manat, sonradan 300 manat ödəyib. Ona üzərində VÖEN olmayan qaimələr, bir də şirkət tərəfindən satılan dərmanlar verilib", - E.Hüseynov izah edir.

Yeni gələn ailə üzvlərini, yaxın qohumlarını da işə cəlb edir. "Şikayətçiyə deyiblər ki, hər gətirdiyin adam üçün əlavə maaş alacaqsan. Belə vədlərlə ondan ümumilikdə 2500 manat alıblar. Verilən dərmanları sata bilməyən şikayətçi dərmanları geri qaytarıb pulunu almaq istəyib. Lakin ona pulun geri qaytarılmayacağı deyilib", - hüquq müdafiəçisi əlavə edib.

Şirkət əməkdaşlıq etdiyi şəxslərlə əmək müqaviləsi bağlamır. E.Hüseynov deyir ki, şikayətlərlə bağlı şirkətin Fəridə adlı əməkdaşı ilə görüşüblər: "Mənə dedi ki, istənilən dövlət qurumuna şikayət edə bilərsiz. Bizim himayəçilərimiz var".

AİB Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, eləcə də İqtisadiyyat nazirliklərinə müraciət edib. "Vergilər Nazirliyi araşdırılma aparılacağını bildirib. Digər nazirliklər isə şikayətçinin məhkəməyə müraciət edilməsini məsləhət görüb. Təşkilat araşdırma aparılması üçün Baş Prokurorluğa müraciət edib".

Şirkətə məxsus internetdə yerləşdirilən telefonlara cavab verilməyib. Qarşı tərəfin fikirlərini də verməyə hazırıq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024