Mobil versiya
Olimpiadanın seks qalmaqalları - FOTOLAR
Tarix: 18-08-2016 | Saat: 17:00
Bölmə:Media | çapa göndər



"Kilometrlərlə yolu qət edirdilər ki, sevişə bilmək üçün yer tapsınlar".


2016-cı il Rio-da-Janeyroda keçirilən Yay Olimpiya oyunları medianın əsas mövzularından biridir.

İndiyə qədər Olimpiadalarda yaşanan seks qalmaqallarını təqdim edir.

ABŞ-lı üzgüçü Amanda Beard idmançıların yarışlar zamanı münasib yer axtardıqlarını deyib:

"Bütün oyunçular bəzən kilometrlərlə yolu qət edirdilər ki, sevişə bilmək üçün yer tapsınlar".



ABŞ-lı digər idmançı Breaux Qreer 2000-ci ildə Sidneydə keçirilən oyunlar zamanı hər gün 3 qadınla cinsi əlaqədə olduğunu deyib. Onun tərəf müqabillərindən hətta ikisi yarışların iştirakçısı, biri isə könüllü işçi imiş.



ABŞ-lı üzgüçü Rayan Loxte isə 2012-ci ildə Londondakı oyunlardan qabaq fikrini bildirərkən "Əvvəlki olimpiadalarda sevgilim var idi, bu, böyük səhv idi. İndi isə sevgilim yoxdur, yolum açıqdır" deyib. O, atletlərin 75 faizindən çoxunun Olimpiya Kəndindən sekslə məşğul olduğunu deyib. Amerikalı atlet LaŞaun Merritt də 2008-ci ildə Pekin Olimpiadasını gördükdən sonra özünü Londona hazırlayıb.



ABŞ qadın futbol yığmasının qapıcısı Hope Solo 2008-ci ildə Pekində insanların hər yerdə cinsi əlaqədə olduğu deyib. O, hətta çəmənlikdə, açıq havada, binaların arasında da buna rast gəldiyini deyib. Hope Braziliyanı məğlub edib qızıl medal qazandıqdan sonra parti verdikləri də bildirib:

"Əvvəl barda idik, sonra bir neçə məşhurla tanış olub partiyə Olimpiya Kəndində davam etmək qərarına gəldik. Yanımızda kartlarımız da yox idi, qızıl medallarımızı göstərib məşhurları bizimlə bərabər içəri saldıq. Gecənin sonunda bir məşhur adamı otağıma dəvət etdim, sonra da arxa qapıdan gizlicə çıxardım. Adını deyə bilmərəm, bu, mənim olimpiya sirrimdir".



2010-cu ildə Vankuverdə baş tutan Qış Olimpiadası zamanı isə daha böyük qalmaqal olub. Almaniya, Kanada və Avstriyadan olan 6 idmançı qrup seks zamanı görüntülənmişdilər.



Britaniyalı tennisçi Mety Sayed 1992-ci ildə Barselonada keçirilən olimpiadanı seks festivalına bənzətmişdi. O, oradakı iki həftə yarım ərzində həyatının qalanında olmadığı qədər qadınla yatdığını demişdi.



ABŞ-lı atıcı Coş Lakato Sidneydəki evinin əxlaqsızlıq yuvasına döndüyünü etiraf etmişdi.



Norveçdə baş tutan 1994-cu il Qış Olimpiya oyunlar zamanı iki alman idmançı amerikalı Karri Şaynberqəqızıl medalları qarşılığında seks təklif etmişdilər. Ancaq özü də qızıl medal alan Şaynberq bu təklifi rədd etmişdi.



1988-ci il Seul Olimpiadası o qədər nəzarətdən çıxıb ki, Olimpiya Kəndinin nəzarətçiləri açıq sahədə sekslə məşğul olmağı qadağan etmək məcburiyyətində qalıblar.



Bu il Rioda baş tutan oyunlar zamanı idmançılara 450 min qoruyucu paylanılıb. Yəni hər idmançıya 42 ədəd... Digər yenilik də Braziliyada baş tutub. Əvvəl bu qoruyucular ancaq kişilərə paylanılırdısa, bu il qadınlara da təqdim edilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024