Mobil versiya
Faiq Ağayevin "fahişə, qıjı, lyaka" açıqlamasına Nadirdən REAKSİYA
Tarix: 18-08-2016 | Saat: 16:26
Bölmə:Dünya | çapa göndər




Nadir Qafarzadə sənət dostu xalq artisti Faiq Ağayevi dəstəkləyib.

Status və xüsusilə də şərhlərə görə "Facebook" istifadəçilərini təsnifləndirən F.Ağayevin fikirləri Nadirin ürəyindən xəbər verib.

O, "İnstagram" səhifəsində ürəyini belə boşaldıb:

"Görün insanı nə dərəcəyə çatdırırlar ki, o da təhqirə keçmək məcburiyyətində qalır. Niyə bəzi insanlar sənət adamlarına düşmən kəsilirlər? Ömürboyu sizə təmənnasız xidmət göstərmişik.

Özəl və gözəl günlərinizdə sizi şənləndirmişik. Daha sizin üçün nə etməliyik? Əl çəkin bizdən. Əgər bəziləri həyatda şanssız və bədbəxt yaranıblarsa, onun günahkarı sənət adamları deyil. Yenə deyirəm, sözümü qəribçiliyə salıb yozmayın. Sənət yoldaşım Faiq Ağayevi anlayıb, ona səbir arzu edirəm".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024