Mobil versiya
Əsmər xanımın növbəti Uniməhkəməsi
Tarix: 15-08-2016, 12:19 | Saat: 15:47:00
Bölmə:Manşet2 | çapa göndər

Əsmər xanımın növbəti Uniməhkəməsi

Əgər oxucular xatırlayırsa, Unibankla bankın pul ödəyicisi Əsmər Abdulova arasında baş verən narazılıq və bunun məhkəmə həddinə kimi gedib çıxmasından bir neçə buraxılışımızda bəhs etmişdik. Ele ilk yazıda bildirmisdik ki, mövzu aktual olduğundan biz bu prosesləri axıra qədər izləyəcəyimizdə qərarlıyıq.

Sumqayıt şəhər Xalq məhkəməsinin hakimi İlqar Məmmədovun çıxardığı ədalətsiz qərardan sonra Ə.Abdulova (zərərçəkən üzdə olan sənət sahibi olduğuna görə ad şərti olaraq verilib faktlar dəqiqdi .Unibankın etirazı olarsa buyura bilər.) AR Sumqayıt Apelyasiya Məhkəməsinə üz tutur. Xanım Abdulova şikayətində ona qarşı ədalətsizlik göstərilərək AR MPM-in 14,77,78,88-ci maddələrinin tələblərini pozmuş, təqdim olunmuş sübutlara və işin faktiki halına düzgün qiymət verilmədiyinə dair Apellyasiya şikayəti verir. Apellyasiya şikayətində qeyd olunur ki, Abdulovanın işi barədə çıxarılan qətnamədə maddi və prossesual hüquq normalarının tələbləri pozulmusdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 8.1-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-in bu tələbləri kobud şəkildə pozulmuşdur.

Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə AR MPM-in 9.1 maddəsinin tələblərini pozmaqla qanunsuz qətnamə çıxarılmışdır.

AR MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Lakin məhkəmə qeyd edilən maddələrin tələblərini pozmaqla işin obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.

Məhs bu səbəbdən Abdulova apelyasiya şikayəti verir. 19 iyulda keçirilən Apellyasiya məhkəməsində nəhayət ki, Unibankın nümayəndəsi iştirak edir (bundan əvvəlki baş tutan iki məhkəmə iclasında Unibankın heç bir nümayəndəsi iştirak etməmişdir). Məhkəmə iclasını hakim Azər Hüseynov aparırdı. Məhkəmə prosesində Abdulovanın sözügedən bankın nümayəndəsinə sualı belə olur..” Niyə mən bu gün burdayam? Mən ödəniş etməkdən imtina etmişdim? Ağır xəstə olduğun şəraitdə 40 gün gecikmədən sonra bankın Problemli kreditlər şöbəsinə müraciət etmişdim. Ödənişlə bağlı vəziyyətimə uyğun yeni cədvəl tərtib etmələrini xaiş etmişdim. Şöbənin müdürü Asif Hacıyev 20 günden sonra yeniden banka yaxinlasmagi tovsiyə etmişdi . 20 gündən sonra isə məlum olmuşdur ki, iş

məhkəməyə gedib. Halbuki 90 günün gecikməsindən sonra iş məhkəməyə verilir. Bu məqamda məhkəmə sədri Azər Hüseynov Abdulovaya müraciətlə deyir:” Bu sualları siz bankın rəhbərliyinə verin. O isə sadəcə bura göndərilmiş nümayəndədi. Əslində bank sizə yaxşılıq edərək işi məhkəməyə verib, vaxtı uzadıb. Məhkəmə prosesi ərzində gecikmələrə görə faizləri üstə gəlsək sizin banka olan borcunuz bu günə kimi 1200 manatdır. Siz isə yanvar ayına qədər olan borcunuzu 864 manat pul ödəyəcəksiniz. Biz cədvəl tərtib etmirik. Bu məsələ ilə bank məşğul olur”. Abdulova isə cavabında deyir:

-Yanvar ayından bu günə kimi iş məhkəmədədir.Məhkəmə prosesi gedə-gedə bəyəm cərimə hesablanır? Mən etiraz məktubu yazmasaydım Yanvar ayında 10 gün ərzində məndən 864 manatı birdəfəlik ödəməyim tələb olunurdu.Bankın mənə elədiyi yaxşılıq budur? Sonrada ki, mən işi məhkəməyə verməmişəm. Əgər bunlar sizin səlahiyyətinizə daxil deyilsə Unibank özü məsələni həll edərdi.Qeyd olunanların heç birisi sizin səlahiyyətinizə daxil deyilsə, bəs bu məhkəmələrin işi nədən ibarətdir. Nəyə görə onlar mövcuddur?.

Bu da bizdə mövcud olan Apellyasiya məhkəməsi. Sonda Apellyasiya məhkəməsi qərar çıxarır ki, Əsmər Abdulova( ad şərtidir) tərəfindən verilmiş Apellyasiya şikayəti təmin olunmasın.Əvvəlki qətnamə dəyişdirilmədən saxlanılsın.

Məhkəmələrin hansı mexanizimlə işlədiyini, insanların taleyini hakim adı altında kimlərin həll etdiyini görən Ə. Abdulova dəhşət içərisində məhkəməni tərk edir. Baxmayaraq ki, məhkəmə prosesləri onun səhhətinə ciddi ziyan vururdu, o bu məsələdə axıra qədər getməyə qərar verir. Abdulova məhkəmələr barədə eşitmişdir. Bir-birinə söykənmə prinsipi ilə işləyən bank və məhkəmələrin ədalətsiz iş üsullarını müşahidə etməkdə artıq özü də maraqlı idi.

Şirxanlı Rövşən



5679 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

21-05-2019
«    Май 2019    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
{sape_links}{sape_article}