Mobil versiya
15-dən Bakı-Sumqayıt xətti üzrə 8 qatar sərnişinlərin istifadəsinə veriləcək.
Tarix: 01-09-2015 | Saat: 16:52
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər



Sentyabrın 15-dən Bakı-Sumqayıt xətti üzrə 8 qatar sərnişinlərin istifadəsinə veriləcək.


Aia.az xəbər verir ki, bu haqda AzadlıqRadiosuna «Azərbaycan Dəmiryolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, qarşıdakı 15 gündə son tamamlama işləri gedir. Sentyabrın 2-də Bakıdan-Sumqayıta qədər ilk işçi qatarı yola düşəcək. Nadir Əzməmmədov deyir ki, biletlərin qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunub. Qiymətlər ayın 15-dək açıqlanacaq.

8 qatardan 3-cü 2 mərtəbəlidir.

Ümumilikdə, 91 kilometr yolun ilk 55 kilometrliyində işlər yekunlaşıb.

Sərnişinlər mənzilbaşına Bakı-Biləcəri-Sumqayıt qatarı ilə 40 dəqiqəyə, Bakı-Zabrat-Sumqayıt qatarı ilə 52 dəqiqəyə çata biləcəklər. Dairəvi dəmir yolu üzərində 23 stansiya və dayanacaq olacaq. Bakı-Biləcəri-Sumqayıt qatarı Keşlə, Biləcəri və Xırdalandan keçəcək. Bakı-Zabrat-Sumqayıt üzrə hərəkət edəcək qatar isə - “Koroğlu”, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı dayanacaqları var.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024