Mobil versiya
Azərbaycanda 440 abituriyent ali məktəblərdən İMTİNA ETDİ
Tarix: 11-08-2016 | Saat: 11:59
Bölmə:Təhsil | çapa göndər



“Əldə olunan son nəticəyə görə, 29 iyul-10 avqust aralığında ali təhsil müəssisələrinə ixtisas seçimində iştirak edən 38113 abituriyent qəbul olunmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

Abituriyentlərdən 440 nəfər isə ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib. Nəticədə onlar ali məktəblərə qəbuldan kənarda qalıblar”.

Bu barədə modern.az-ın sorğusuna cavab olaraq Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasından (TQDK) deyilib.

Xatırladaq ki, iyul ayının 29-dan başlayan ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarında ixtisas seçimi ötən gecə – 10 avqustda saat 00:00-da başa çatıb.

Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməliydilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024