Mobil versiya
Cüdoçular İlham Əliyevə şikayət etdi – FOTO
Tarix: 31-08-2015 | Saat: 17:19
Bölmə:Gündəm / Manşet / Karusel | çapa göndər


Onların arasında Azərbaycan bayrağını daşıyan idmançımız da var.

Azərbaycanın bir qrup cüdoçusu prezident İlham Əliyevə müraciət edib.

Aia.az musavat.com-a istinadən xəbər verir ki, ölkə başçısına ünvanlanan müraciətdə cüdoçular qarşılaşdıqları problemləri qeyd ediblər.

Onlar cüdo idman növündə əldə edilən uğurları prezidentin diqqətinə çatdırıblar. Cüdoçular son illərdə gördükləri münasibətin nəticəsi olaraq, uğursuzluğa düçar olduqlarını və çıxış yolu olaraq, ölkə başçısından dəstək gözlədiklərini qeyd ediblər.

Müraciət cüdo idman növündə nailiyyəti olan 25 idmançı tərəfindən imzalanıb.

Xatırladaq ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 18 cüdoçumuzdan yalnız 1 nəfər mükafata layiq yer tuta bilmişdi. Avropa Oyunların açılış mərasimində Azərbaycan bayrağını cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Elmar Qasımov daşıyıb.

Qeyd edək ki, federasiyanın prezidenti keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024