Mobil versiya
VİDEO: Qarpız alarkən diqqətli olun!
Tarix: 08-08-2016 | Saat: 11:27
Bölmə:Gündəm | çapa göndər



Qarpızıdan zəhərlənmə hallarına tez-tez rast gəlinməsi bu bostan məhsulunun satışına nəzarət məsələsini yenidən aktuallaşdırır.



Hazırda paytaxt başda olmaqla hər yerdə açıq havada günəşin altında qarpız satılma hallarına rast gəlinir. Üstəlik alıcılar məhsulun təzə və köhnə olması ilə bağlı da heç bir məlumata sahib olmur. Bəs görəsən buna kim nəzarət etməlidir və ümumiyyətlə nəzarət varmı?

Bir ailənin 5 üzvü qarpızdan zəhərləndi. ən son sumqayıtda 5 nəfər sakinin kütləvi zəhərlənması qarpız satışlarına nəzarəti yenidən gündəmə gətirdi.

Paytaxt Bakı başda olmaqla respublikanın hər yerində yol kənarında açıq havada günəş altında qarpız satışına rast gəlinir. Satıldığı şərait bir yana məhsulun köhnə və təzəliyinin müəyyənləşmədirilməsi isə alıcının bundan başının çıxmasına yaxud satıcının vidanına qalıb.

Satıcılar etiraf edir ki, məhsulun keyfiyyəti təzəliyi və köhnəliyinə nəzarət demək olar ki yoxdu.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyir ki,belə yerlərdə satılan qarpızdan istifadə bir başa vətəndaşların zəhərlənməsinə səbəb ola bilər. Çünki,Günəş şüası altında qarpızda olan kimyəvi maddələr öz xüsusiyyətini itirir. Qarpızın bir neçə gün bu şəraitdə qalması isə zəhərlənmə riskini artırır. buna nəzarətə gəldikdə isə Gigiyena və Epidemiologiya Mərkəzindən bildirdilər ki buna mərkəz nəzarət etmir. Buna satış məntəqlərinin yerləşdikləri yerlər üzrə müvafiq rayon icra hakimiyyətləri nəzarət etməlidir. Yəni icra hakimiyyətləri onlara yalnız yer ayırmaqla kifayətlənməmli həm də bunun sağlamlıq normalarına uyğun formada təşkilinə nəzarət etməlidir.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024