Mobil versiya
İlham Əliyev ağlayan idmançımıza zəng etdi (VİDEO, FOTO)
Tarix: 21-06-2015 | Saat: 08:06
Bölmə:Gündəm / Seçilənlər-3 / Manşet | çapa göndər

İlham Əliyev ağlayan idmançımıza zəng etdi (VİDEO, FOTO)
Dövlət başçısının zəngi onu düşdüyü dərin psixoloji böhrandan çıxarıb
Avropa Oyunlarında iştirak edən idmançılarımızdan biri məğlub olur və medal qazanmaq şansını itirir. Bu isə ona pis təsir edir və elə tatamidə ağlamağa başlayır.

Prezident İlham Əliyev bu mənzərəni görür və həmin idmançıya zəng edərək ona ürək-dirək verir. Prezidentlə həmin idmançı arasında baş tutan dialoqun təfərrüatlarını isə süjetimizdən izləyin.

Bu gənc belçikalı rəqibi Muhammed Ketbi Si ilə bürünc medal uğrunda döyüşərək məğlub olub. Ancaq döyüşdən sonrakı davranışı ilə bütün azarkeşlərin və tamaşaçıların diqqətini özünə cəlb edib.

Taekvondo üzrə döyüşən Məhəmməd Məmmədov məğlubiyyətini soyuqqanlı qəbul edə bilmir. 17 yaşlı gənc elə tatamidə hönkürə-hönkürə ağlamağa başlayır. Hətta rəqibi onu sakitləşdirməyə çalışsa da, Məhəmməd medal qazana bilmədiyindən özünə gələ bilmir.

Lakin gəncin kədəri çox çəkmir. Döyüşdən dərhal sonra onu həvəsləndirən bir hadisə baş verir. Prezident İlham Əliyev döyüşü zalda izləməsə də, Məhəmmədə zəng vurur və ona ürək-dirək verir. Məhəmməd deyir ki, dövlət başçısının zəngi onu düşdüyü dərin psixoloji böhrandan çıxarıb .
[media=https://youtu.be/G8BQB7pW7ag]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024