Mobil versiya
Sindrom bu dəfə də sındırıla bilinmədi
Tarix: 04-08-2016 | Saat: 15:56
Bölmə:İdman | çapa göndər


Azərbaycan futbol tarixində bu dəfə də sindromu sındırmaq mümkün olmadı. Daha doğrusu ola bilərdi sadəcə ələ düşən imkanlardan istifadə etmiş olsaydıq Çempionlar liqasının pleyofuna Viktoriya Plzen yox Ağdam təmsilçisini görmək olardı. Oyuna gəlincə ilk dəqiqələrdə çexlər üstünlüyü ələ almaq istəsələr də, buna nail ola bilmədilər. Ancaq Qarabağ öz gücünü oyunun 27-ci dəqiqəsində rəqibinə göstərə bildi. Vüqar Nadirovun gözəl pasını təkbətək epizodda Muarrem Muare qolla yekunlaşdıra bildi 1-0. Bu qoldan sonra rəqibin özünü itirməsindən istifadə etmək olardı ancaq Riçarq Almeyda 100 faizlik qol imkanını boşa verdi. 1-ci hissədə çexlər elə bil ciddi hücumlar qura bilmirdi. 2-ci hissədə oyuna diqtə edən klub Qarabağ idi. Ancaq 1-0 hesabı sürüşkən idi və 2-ci qola çox ehtiyac var idi. Qurulan hücumlar məntiqi sonluqla yekunlaşmırdı. Bir neçə epizodda boş qapıya vurulmayan 100 faizlik topları sağa- sola xərcləmək komandamıza baha oturdu. Futbolda yazılmayan qanun yəni vurmayana vurarlar prinsipi oyunun 85-ci dəqiqəsində işə düşdü. Qapı qarşısına ötürülən asmanı Krmenik başla yekunlaşdırır 1-1. Oyunun qalan hissələrində Qurban Qurbanovun yetirmələri fövqəl heç nə ilə yadda qala bilmədilər. Oyun boyu heç bir kəsərli hücum qurmayan çexiya təmsilçidi qələbəyə, mərhələ adlamağa layiq olan Qarabağı sıradan çıxartdı. Qarabağ tənqidə layiq olmalıdır. Əgər Avroliqanın pleyofunda alman, ingilis , ispan, italyan bir sözlə iddialı komanda ilə komandamız düşsə onun işinin asan olmayacağını indidən söyləmək mümkündür.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024