Mobil versiya
35 özəl tibb müəssisəsi “QARA SİYAHI”da
Tarix: 01-08-2016 | Saat: 13:00
Bölmə:Səhiyyə | çapa göndər

35 özəl tibb müəssisəsi “QARA SİYAHI”da

159 özəl tibb müəssisəsinin fəaliyyət ünvanında yaradılan şəraitin tibb müəssisələrinə dair normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib.

Bu, İqtisadiyyat Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olan sorğu məktubları əsasında “Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsi”ndə yaradılan işçi qrup tərəfindən, cəlb edilən ekspetlərin və İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Səhiyyə Nazirliyindən ATV.az-a verilən məlumata görə, qiymətləndirmənin nəticələrinə əsasən 124 müəssisə (78,0%) barədə müsbət, 35 müəssisə (22,0%) barədə isə mənfi rəylər hazırlanaraq müvafiq qaydada Səhiyyə Nazirliyinə təqdim edilib. 2016-cı ilin 1-ci yarımilliyi ərzində 25 şəxs tərəfindən özəl tibb fəaliyyəti subyektləri barəsində daxil olan müraciətlər və şikayət məktubları ətraflı araşdırılaraq lazımi tədbirlər görülüb və nəticəsi barədə ərizəçilərə məlumat verilib.

Vergilər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Kürdəmir rayon Polis Şöbəsinin (1 protokol) əməkdaşları tərəfindən lisenziyasız özəl tibb fəaliyyəti ilə məşğul olma faktları barədə 6 protokol tərtib edilərək Səhiyyə Nazirliyinə göndərilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə uyğun olaraq hər bir şəxs barəsində inzibati tənbeh növü kimi Səhiyyə Nazirliyi tərəfindən inzibati cərimə haqqında qərarlar çıxarılıb.

Tibb müəssisələrinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində şöbə tərəfindən hazırlanmış yeni normativ hüquqi aktların layihəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün istinad edilən müvafiq qanunlarda mövcud olan kolliziyanın aradan qaldırılması məqsədilə yeni qanun layihəsi hazırlanıb və baxılıb təsdiq edilməsi üçün Səhiyyə və Ədliyyə nazirliklərinə göndərilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024