Mobil versiya
Bakıda toyu olduğu deyilən trans gəlin danışdı VIDEO FOTOLAR
Tarix: 27-07-2016 | Saat: 17:01
Bölmə:Media | çapa göndər


Bir neçə gün öncə cinsi kişi olan "gəlin”lə yeniyetmə oğlanın toyu

Bakının şadlıq saraylarından birində toyu olduğu iddia olunan və videosu yayılan "kişi" bu hadisə ilə bağlı açıqlama verib.

myBaku.az bildirir ki, özünü "Trans Aydan" kimi təqdim edən şəxs infplyus.tv-yə verdiyi açıqlamasında hiddətlə danışıb.

"Allahınızdan qorxun, ay yazıqlar! Bəzəməyin heç nəyi, yalan danışmayın. Allahınızdan qorxun, valideynlərinizdən qorxun. Mən necə yaşayıramsa, özüm bilərəm. Heç kim bilmir ki, başına nə iş gələcək. Həyatımdan razıyam, şadam. O videoda ana barədə mahnı oxumağıma lağ edirlər. Mən anama dəyər verirəm, onu sevirəm", - o deyib.
Bildirib ki, şadlıq sarayında toyu yox, ad günü mərasimi olub.

Mərasimin keçirildiyi "Qızıl Qaya" restoranının rəhbərliyinin də hər şeydən xəbərinin olduğunu vurğulayan "Aydan" kimsənin onun həyatına "müdaxilə etməyə, irad tutmağa ixtiyarı olmadığını" söyləyib: "Məni qınaq ağacına çevirməyin. Heç kim bilmir ki, bir müddət sonra özü nə olacaq, övladı nə olacaq".





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024