Mobil versiya
G20 ölkələrin “qara siyahısı”nı hazırlayacaq
Tarix: 25-07-2016 | Saat: 12:42
Bölmə:Siyasət | çapa göndər



Növbəti G20 sammitinə qədər vergi informasiyalarının mübadiləsində iştirak etməyən ölkələrin “qara siyahısı” hazırlanacaq.

Bunu G20 ölkələrinin maliyyə qurumlarının və Mərkəzi banklarının rəhbərlərinin görüşündən sonra Rusiya maliyyə nazirinin müavini Sergey Storçak bildirib.

Növbəti G20 sammiti 2017-ci ilin iyulunda keçiriləcək. S. Storçak deyib ki, G20 ölkələri vergi informasiyalarının mübadiləsində iştirak etməyən ölkələrlə əlaqədar məsələ ilə ciddi məşğul olmağa qərar verib: “Qara siyahı” növbəti sammitdə hazır olmalıdır. Bu, görüşün yekun Bəyannaməsində də yer alıb”.

Rusiya maliyyə nazirinin müavini qeyd edib ki, “qara siyahı”nın əsas kriteriyaları da artıq məlumdur. Sorğu üzrə informasiya mübadiləsində, avtomatik informasiya mübadiləsində iştirak etməyən ölkələr “qara siyahı”ya salınacaq. Hələ ki, “qara siyahı”ya salınacaq ölkələrlə əlaqədar cəza tədbirləri müəyyənləşdirilməyib və bu məsələyə növbəti mərhələdə baxılacaq.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2024