Mobil versiya
12 yaşında milyonçu idi, indi isə… - fotolar
Tarix: 21-07-2016 | Saat: 12:25
Bölmə:Media | çapa göndər



1990-cı illərin ailə komediyası “Evdə tək”in uşaq ulduzu Makaulay Kalkin narkotik maddədən asılı olması haqda deyilənlərə ilk dəfə aydınlıq gətirib.

O, hər ay heroinə 6 min dollar xərclədiyi haqqında iddiaları təkzib edib:

“Məni ən çox narahat edən isə belə xəbərləri sanki mənim üçün həyəcanlanırmışlar kimi yazmalarıdır. Xeyr, siz sadəcə səhifələri doldurmağa çalışırsınız”.

Hazırda 36 yaşı olan aktyor Fransaya köçüb və xoşbəxt həyatının olduğunu deyir:

“Şöhrətin və paparassilərin arxamca düşməsini sevmirəm. Orada özüm ola bilirəm, ona görə geri dönməyi düşünmürəm”.

Qeyd edək ki, “Evdə tək” filmiylə dünya səviyyəsində böyük uğur əldə edən Makoley valideynlərinin acgözlüyünün qurbanı olub. İlk filmlərdən 50 milyon dollardan çox qazanan gənc ulduzun atası rejissor və prodüsserdən tələb edir ki, filmin növbəti hissələrində onun digər uşaqları da çəkilsin. Lakin kino şirkəti bununla razılaşmır. İllər keçdikdən sonra həqiqəti öyrənən Makoley atasının bu hərəkətini ona bağışlamadığı üçün ailəsindən uzaqlaşıb və indiyə qədər də hirsi soyumayıb. Aktyorun son illərdə səfil və depressiv vəziyyətdə yayılan görüntüləri də atanın daha çox qınanılmasına səbəb olub.

2004-cü ildə narkotik maddədən istifadə etməsi iddialarıyla həbs olunan Kalkinin 2012-ci ildə yayımlanan fotolarında dəhşətli dərəcədə arıqladığı üçün hələ də narkoman olduğu deyilmişdi.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024