Mobil versiya
Brilliant Dadaşova yarıçılpaq şəkillərini çəkəni məhkəməyə verir - FOTO
Tarix: 21-07-2016 | Saat: 12:06
Bölmə:Dünya | çapa göndər



Xalq artisti Brilliant Dadaşova gizli çimərlik fotolarını çəkəni məhkəməyə verir

Müğənninin hovuz kənarında günəşlənərkən gizli kameralardan çəkilən çimərlik geyimindəki fotolarının sosial mediada yayılması müğənninin ciddi narahatlığına səbəb olub.

Qeyd edək ki şəhərin qapalı məkanlarından birində idmandan sonra hovuz kənarında istirahət edən xalq artistinin fotoları özündən xəbərsiz çəkilib.

Müğənninin mətbuat xidmətindən bununla bağlı Milli.Az-a açıqlama veriblər.

“Dünya təcrübəsində yay sezonunda belə paparassi fotoların yayımına tez-tez rast gəlinsə də, bu Briliant xanım üçün yolverilməzdir. Artıq bu məsələ ilə aidiyyəti qurumların məşğul olur və səbəbkarların axtarışına başlanılıb.

Qeyd edək ki, həmin məkanın gizli kameralarının görüntüləri əsasında axtarışlara start verilib. Səbəbkarlar tapılan kimi mütləq qanun çərçivəsində cəzalanacaqlar”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024