Mobil versiya
Şok kadrlar: zorlayıb öldürdüyü 3 yaşlı qızla şəkil çəkdirdi - FOTO
Tarix: 15-07-2016 | Saat: 13:46
Bölmə:Cəmiyyət | çapa göndər

Şok kadrlar: zorlayıb öldürdüyü 3 yaşlı qızla şəkil çəkdirdi - FOTO


Serb pedofil az sonra zorlayaraq qətlə yetirəcəyi uşaqla foto çəkdirib. Daha sonra o, oğurladığı 3 yaşlı qızı vəhşicəsinə döyüb, uşağa təcavüz edib və sonucda qurbanını öldürüb.
NƏXƏBƏR.az Daily Mail-ə istinadən bildirir ki, 28 yaşlı pedofil Vladiça Raykoviç Serbiyanın şərqindəki Vratarniça kəndinin sakinidir. O, elə kənddə də həbs olunub.
V.Raykoviç 3 yaşlı Ancelinanın ad günü münasibətilə təşkil olunmuş qonaqlığa qatılmışdı. Ziyafətdə Raykoviç uşaqlarla foto çəkdirib. Onun yanındakı uşaqlar arasında 3 yaşlı Ancelina da vardı.
Foto çəkiləndən cəmi bir saat sonra isə Ancelina zorlanaraq öldürülüb.
V.Raykoviç polisdə verdiyi ifadəsində deyib: “Ancelinaya dedim ki, onu çayda çimməyə aparıram. Zibilxananın yanındakı ağaclığa apardım. Orada döydüm, sonra zorladım. Daha sonra Ancelinanı odun parçası ilə vurub öldürdüm, başını da daşla əzdim”.
Pedofilin cinayəti barədə polisə atası xəbər verib.

“Axşam oğluma zəng vurdum ki, harada olduğunu soruşum. Cavab verəndə tövşüyürdü, üstəlik oradan qışqırıq səsi gəlirdi. Dərhal polislə əlaqə saxladım”, – pedofilin atası deyib.

Polisdə ifadə verərkən V.Raykoviç onu da deyib ki, ötən ay qonşusunu, 47 yaşlı Draqana Stankoviçi də qətlə yetirib, sonra da qadının cəsədini Timok çayına atıb.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024