Mobil versiya
Erməni porno ulduz Kim Kardaşyanın şəxsi +18 şəkilləri internetdə yayıldı FOTOLAR
Tarix: 15-07-2016 | Saat: 13:40
Bölmə:Media | çapa göndər


Kim Kardashian - dünyanın məhşur realiti-şou ulduzlarından biridir

32 yaşlı qadın erməni əsillidir. Beləliklə ermənilər onun məhşurluğu haqqında nə düşünürlər?
Realiti-şouları və sızdırılmış seks görüntüsü ilə tanınan Kim Kardashianın adını Britaniyada və ABŞ evlərində gündə eşitmək olar.
Onun bu yaxınlarda hamilə olması haqqında elanı - əsas xəbər idi. BBC, Washington Post və Le Figaro kimi qəzetlər və xəbər saytları bu barədə məlumat verdilər.
Mail Online, TMZ və E Online kimi saytlarda isə Kardashianın adı çəkilməmiş günlər olmur.
Çox adam var kı, onun həyatınında hər nə baş versə, diqqətlə izləyirlər. Ondan da çox adam isə onun həyatında nə baş verdiyini laqeydliklə və ya açıq düşmənçiliklə qarşılayır və ona zəmanənin acınacaqlı əlaməti kimi baxır.
Lakin bəziləri üçün onun adını oxuyub erməni irsi haqqında düşünməmək mümkün deyil. Kardashian aydınca ermənidir. Fotomodelin atası, atalıq nənə və babası, hətta ulu nənə və babaları erməni mənşəlidirlər.

Bəs onda əhalisi cəmi üç milyon olan Ermənistanda dünyanın ən məhşur ermənilərindən biri haqqında oxuyanda, onun şöhrəti haqqında nə düşünürlər?
Yerevanda Kim Kardashianın şəkilləri jurnalların ön səhifələrini, elan lövhələrini, avtomobil yumalarının və dayanacaqlarının divarlarını bəzəyir, 2007-ci və 2011-ci illər arasında Ermənistanda yaşayan BBC monitorinq jurnalisti Armen Şahbazyan deyir.

Amma onun sözlərinə görə bu o demək deyil ki, xalq onu sevir.
"Kim ermənidir və dünyada məhşurdur və bu, hər bir erməninin onda qürur hiss etməsi üçün kifayətdir. Amma mədəni və ənənəvi məsələlərə görə onlar onun erməni olduğunu qəbul etmək istəmirlər" və Kardashian haqqında əhvalatlar tez-tez komediya proqramları üçün süjet kimi istifadə olunur, o deyir.

"Onlar həmişə Kardashianı və fəxr etdikləri erməni-fransız müğənni Charles Aznavouru müqayisə edirlər - Kardashiana daha mənfi şəkildə baxırlar. Onun açıq-saçıq cinsi həyatına və video görüntülərinə görə ... xalq istəmir ki o, ölkəni təmsil etsin", Şahbazyan əlavə edir.
O deyir ki, həmçinin nəsillər arasında fikir ayrılığı var. Şou-biznesdə bir çox adam və köhnə ənənələrə bağlı olmayan, daha gənc nəsil ona "hörmətli" adam kimi baxsa da, təhsilini haradasa 1990-cu ildən əvvəl alan çoxluğun ona sevgisi çox deyil.

22 yaşlı Lucy Harutiunyan ingilis və erməni dilində olan Noyan Tapan qəzetində yüksək rütbəli ictimai əlaqələr işçisidir. O razıdır ki, burada yaş amili özünü bildirir.
"Yaşlı nəsildən olan, konservativ düşüncəli adamlar onu qınayacaqlar. Amma müasir nəsil adamların hamısı onunla fəxr edir.
"Qızlar ona moda rəmzi kimi baxır, oğlanlar onu cazibəli hesab edir. Biz onu sevirik çünki o ermənidir və xalqı təmsil edir", Haratiunyan deyir.

Buna baxmayaraq o razıdır ki, Kardashianın həyat tərzi - adi ermənistanlı qadının həyatına oxşamır.
"O, nə istədiyini edir, istədiyi adamlarla görüşür. Erməni qızlar da oğlanlarla görüşürlər, amma əksər hallarda yalnız evlənəcəkləri oğlanlarla, və evlənməzdən cinsi əlaqələri olmur", o deyir.
Digər tərəfdən isə ictimai siyasət üzrə mühazirəçi və London İqtisadiyyat Məktəbində (LSE) erməni tədqiqatlar üzrə ekspert Dr Armine İşkanyan deyir ki, Kardashian adi amerikalı və ya britaniyalı qadın da deyil.

Bəzi ermənilər - həm Ermənistanda, həm də erməni diasporundakı əlavə yeddi-səkkiz milyon erməni - onunla fəxr etsələr də, bu o demək deyil ki, onlar hamısı onun kimi olmaq istəyir, o deyir.
Amma onlar Kardashianın öz məhşurluğundan istifadə edib ermənilər üçün əhəmiyyətli olan məsələlər haqqında, o cümlədən birinci dünya müharibəsində ermənilərin Osmanlı Türkiyəsində öldürülməsi haqqında danışmasına məftundurlar, İşkanyan deyir.

Ötən il Kardashian tweetlədi: "Bugün gəlin hamımız birlikdə durub Erməni Soyqırımında qətlə yetirilən 1.5 milyon adamı yad edək."
1915-ci ildə Osmanlı türklərin əlindən yüz minlərlə erməni ölüb. Ermənilər bu qətllərin beynəlxalq səviyyədə soyqırım kimi tanınması üçün kampaniya aparıb - və bəzi ölkələr bunu edib. Türkiyə qəbul edir ki, bir çox erməni öldürülüb, lakin ölümləri birinci dünya müharibəsindəki mübarizələrin nəticəsindəki ölümlərlə izah edərək soyqırımın olmasını inkar edir.

"Əlbəttə, ABŞ və Britaniyada Kim qədər, amma uğurlarına görə tanınan ermənilər olsaydı, yaxşı olardı", İşkanyan deyir.
"Amma bu günkü cəmiyyətdə camaatı həkim, alim, klassik musiqiçi deyil, realiti-şou ulduzları maraqlandırır. Məncə bu erməni fenomeni deyil - bütün dünyada belədir", o deyir.

Yüzlərlə il bundan əvvəl kəndləri, şəhərləri və ölkələri xəritədə tanıdan imperator və tədqiqatçılar idi. İndi isə güman ki, bunu aktyorlar və ya musiqiçilər, siyasətçilər və ya idman ulduzları edəcək.
Realiti-şou ulduzlarını bəyənməyən ermənilər isə Levon Aronyana baxa bilərlər. O, dünyanın üçüncü ən yaxşı şahmat oyunçusudur.









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024