Mobil versiya
Azərbaycanda əməliyyat zamanı daha bir ana ölümü
Tarix: 15-07-2016 | Saat: 12:22
Bölmə:Cəmiyyət | çapa göndər




Ağsu rayonunda hamilə qadın dünyasını dəyişib.

Aia.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Mirzəyeva Günel Əlipaşa qızının hamiləliyinin 22-ci həftəsində qəflətən halı pisləşib və onu təcili olaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə aparıblar.

Ana bətnindəki 5 aylıq uşağın ölmüş olduğu məlum olub və süni yolla doğuş edərək uşağı götürüblər. Həkimlərin səyinə baxmayaraq ananın da həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən Günel Mirzəyeva 3 ildir ki, ailəli idi və ilk övladını dünyaya gətirəcəkdi.

Faktla bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024