Mobil versiya
Gürcüstanda keçmiş nazir müavinini başından vurdular
Tarix: 29-08-2015 | Saat: 15:26
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər


Silahlılar pusqu qurublar.

Gürcüstanda daxili işlər nazirinin sabiq müavini Levan Qvazavaya silahlı hücum edilib.

Aia.az İnterfax-a istinadən xəbər verir ki, hücum zamanı L.Qvazava başından yaralanıb və ağır vəziyyətdə İnqorokva klinikasına çatdırılıb. Hal-hazırda daxili işlər nazirinin sabiq müavini komadadır.

Gürcüstan Baş Prokurorluğundan verilən məlumata əsasən, silahlılar Qvazavanın Tiflis-Tabaxmela avtomobil yolunda mühasirəyə alaraq atəşə tutublar.

Hadisə zamanı Qvazava ağır yaralanıb, onu müşayiət edən qohumu Rezo Kalomletsavi isə yerindəcə keçinib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024