Mobil versiya
Oruc tutanların gözlədiyi XƏBƏR: Vaxt açıqlandı
Tarix: 05-07-2016 | Saat: 16:08
Bölmə:Seçilənlər-2 | çapa göndər




"Bizim üfüqdə yeni Ay sabah 20:50-də görünəcək. 20:50-dən sonra bayram etmək olar".

Bunu Trend-ə N.Tusi adına Şamaxı Rəsədxanasının direktoru Namiq Cəlilov bildirib.

Ramazan bayramının tarixinin Ayın görünməsi ilə müəyyən edildiyini deyən N.Cəlilovun sözlərinə görə, sabah bulud olmasa, Ayı gözlə görmək mümkün olacaq: "Ayın görünmə vaxtı tədricən dəyişir. Ay və Yer də tədricən hərəkət edir. Buna görə də Yer kürəsinin müxtəlif yerlərində Ay müxtəlif vaxtlarda görünür".

N.Cəlilov deyib ki, hətta Azərbaycanın özündə belə Quba ilə Naxçıvanda Ay müxtəlif vaxtlarda görünür: "Bu fərq dəqiqə ilədir, yəni azdır. Amma Azərbaycan kiçik ölkə olduğundan bu vaxtı ümumiləşdiririk və Ayın görünmə vaxtı kimi ortaq bir zaman müəyyən edirik”.

N.Cəlilov islam ölkələrində dini bayramların eyni gündə keçirilməsi ilə bağlı təklif reallaşacağı təqdirdə Ayın görünməsinin hansı ölkənin astronomik məlumatına istinad ediləcəyinə də münasibət bildirib.

Onun sözlərinə görə, bu məsələ dini idarənin qərarı ilə həll edilir: "Əlbəttə ki, bu zaman astronomik vaxt - Ayın görünmə və çıxma vaxtı nəzərə alınır. Amma ayrıseçkiliyə son qoyulsun deyə, dini idarə tərəfindən bir qərara gəlinir. Burada böyük problem yaranmır. Türkiyə ilə Azərbaycana baxdıqda aramızda 1 günə yaxın vaxt fərqi var. Onu da qərar vasitəsilə həll etmək və ortaq məxrəcə gəlmək olar. Bu, insanlar üçün də məqbuldur”.

Xatırladaq ki, islam ölkələrində dini bayramların eyni gündə keçirilməsi və vahid təqvim tətbiq edilməsi ilə bağlı razılığa gəlinib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininn sədri Mübariz Qurbanlının bildirdiyinə görə, Türkiyədə bu yaxınlarda keçirilən böyük bir toplantıda islam ölkələrində dini bayramlar və dini mərasimlərin eyni gündə keçirilməsi və vahid təqvimin tətbiq edilməsi barədə razılığa gəlinib: "Əsasən aparıcı islam ölkələrinin bununla bağlı atacağı addımlar olduqca önəmlidir. Bu tədbirdə ümumi razılığa gəlinib ki, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu məsələ müzakirə olunsun və təşkilat çərçivəsində hansısa bir qətnamə qəbul edilsin".

Ramazan bayramı ilə əlaqədar bu il iyulun 6 və 7-si ölkədə qeyri-iş günləri elan edilib.

Qafqaz Müsəlmanları İdarəsi bu il bayram namazının İdarənin əhatə etdiyi bütün ölkələrdə iyulun 6-da səhər saat 09:00-da qılınacağını açıqlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024