Mobil versiya
“Türkiyədə hamilə qalanların başına oyun açırlar”
Tarix: 05-07-2016 | Saat: 16:08
Bölmə:Media | çapa göndər




...“Türkiyədə əksər kişilərin özbəklərə münasibəti fərqlidir, elə azərilərə də. Türklər üçün onlar yaxşı sevgilidirlər, amma hamilə qaldıqda və ya evlənmək istədikdə dərhal ayrılırlar. Bütün insanlara inamımı itirmişəm. Azərbaycana isə iş tapmaq ümidi ilə gəlmişəm. Müalicə olunandan sonra azəri kişisi ilə evlənmək istəyərdim. Təki yaxşı adam olsun, məni aldatmasın”.

Bunu 40 yaşlı Özbəkistan vətəndaşı İmmibanu Tuxtaboyeva deyir.

...Onunla “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında görüşdük. İmmibanu 5 il Türkiyədə yaşayıb, türk dilini öyrənib. Bu il isə öz ölkəsinə deportasiya olunub. Buna baxmayaraq, Özbəkistanda yaşamaq istəmir.

Qadın başına gələnləri virtualaz.org saytına danışıb.



- Kasıb ailədə doğulmaq çətindir. Xüsusilə də, Özbəkistan kimi ölkədə. Qız kasıb ailədə doğularsa, mütləq ailə həyatı qurmalıdır ki, əri onu saxlasın. Mən də ailə həyatı qurmuşdum, amma övladım olmadığı üçün ərim boşandı. Sonra xəstələndim. Özbəkistandakı xəstəxanada əməliyyat olundum. Amma həkimlər yanlış əməliyyat etmişdilər. Yaxşı həkim tapmaq üçün pulum yox idi. Buna görə də, Türkiyəyə getdim.

-Türkiyəyə müyinə üçün getmişdin?

- Xalam Türkiyədə yaşayır, onun yanına getdim. Həkimlər dedilər ki, yanlış əməliyyat zamanı uşaqlığın deşilib. Özbəkistandanda həkimlər buna fikir verməyiblər. Əməliyyat olundum, qadın orqanlarımı tamam çıxardılar. Buna baxmayaraq, yaşamaq üçün işləmək məcburiyyətindəydim. Türkiyənin Çanaqqala bölgəsinə getdim və orda çalışmağa başladım.

- Nə işləyirdin?

- Evlərdə çalışırdım, uşaqlara baxırdım, qulluqçuluq edirdim. Bunun əvəzinə mənə gecələməyə yer və yemək verirdilər. Orda qulluqçuluq edən özbəklər, azərilər çoxdur. Biz çox pul tələb etmirdik, yalnız yemək və yatmağa yer olursa kifayətdir. Ona görə də, türklər qulluçu kimi bizi işə götürürdülər. Bəzi qadınlar kəndlərdə təsərrüfatlarda kişilər kimi ağır işlər görürlər, axşam isə evdə işləyirlər. Təsərrüfatlarda çalışmaq üçün evlənmək adı ilə qızları aldadanlar var. Onlar bir parça çörək üçün üçüncü, dördüncü arvad olmağa razıdırlar. Sonradan isə geri qayıtmaq çətin olur.



-Deyirsən ki, insanlara inamın itib. Buna səbəb nədir?

- Bilirsiz, orada nələrin şahidi olmuşam? Özbək rəfiqələrimi elə sevdikləri aldadırdılar. Bir rəfiqəm hamilə qaldığı üçün sevdiyi oğlan başına oyun açdı. Mən pis hərəkət etməmişəm, amma satılan qadınlar vardı. Türkiyəyə işləmək adı ilə gedənlərin arasında bədənlərini satışa çıxarılanlar çoxdur, bizimkilərdən də, sizinkilərdən də var. Mənim qarşıma yaxşı insanlar çox çıxdı. Məsələn, bir türk vardı, iş görərkən vəziyyətim pisləşmişdi. Məni xəstəxanada müalicə etdirdi. Bəlkə də xəstə olduğum üçün mənimlə digərləri kimi rəftar etmədilər. Siz yəqin nə demək istədiyimi başa düşdünüz. Amma çox ağır işlərdə çalışmışam.

-Deportasiya olunandan sonra niyə Özbəkistanda işləmək, yaşamaq istəmədin?



- Özbəkistanda anam və qardaşlarım var. Amma onlar kasıbdırlar. Özbəkistanda mənim kimi xəstələrin müalicəsi çox pul tələb edir. Yaxşı həkimlər yalnız bahalı xəstəxanalarda çalışırlar. Hansı ki, bu pulla Türkiyədə də müalicə olunmaq olar. Ailəmin mənə baxması mümkün deyil. Anam dedi ki, burada yaşamaq üçün ərə getməlisən. Amma belə xəstəliklə məni kim alar? Mənim vətənimdə ərə getmək birinci şərtdir. Azərbycanda isə vəziyyət fərqlidir. Yəni sizin qızlar daha azaddırlar. Siz qızları ərə vermək üçün doğmursunuz. Onları yalnız ər üçün hazırlamırsınız. Mənim vətənimdə isə qadın əri üçün doğulur. Buna görə də, burada işləyə bilərəm, müalicə olunaram, sonra ərə getməyə çalışaram. Azəri kişilərlə ailə qurmaq istəyərdim. Çünki onlar haqqında yaxşı şeylər eşitmişəm. İndi yeganə istəyim Azərbaycanda müalicə olunmaqdır. Burada mənimlə insan kimi rəftar edirlər, sizin kişilər onlar kimi deyil...



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024