Mobil versiya
Azərbaycanda ipoteka kreditləri dayandı
Tarix: 5-07-2016, 16:07 | Saat: 15:47:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Azərbaycanda ipoteka kreditləri dayandı


Azəbaycan İpoteka Fondu (AİF) iyulun 1dək müvəkkil banklar vasitəsilə ölkə miqyasında ümumilikdə 730 mln. 802,42 min manatlıq 17 min 997 ipoteka krediti verilib.

BAKU.WS-in "Marja"ya istinadən xəbərinə görə, bu göstəricilər iyunun əvvəlindəki rəqəmlərlə eynidir. Yəni ötən ay potensial borc alanlar mənzil üçün kredit almayıb. Mayda isə hər biri 50 min manat olan 2 kredit verilib. Apreldə də 93,02 min manatlıq 2 kredit verilib.

Xatırladaq ki, ötən il borc alanlar üçün daha səmərəli olub – 97 mln. 273,98 min manatlıq 2 min 146 kredit verilib. Mənzil üçün kreditlər 2006-cı ildən AİF vasitəsilə verilir, 2007-ci ilin ikinci yarısından sosial seqment (illik 4% 50 min manata qədər) faktiki olaraq yoxdur. İndi isə kommersiya ipoteka kreditlərinin (illik 8%-lə 50 min manata qədər) verilməsi dayanıb. Səbəb kreditin səlahiyyətli maliyyə strukturları üçün mənfəətin olmamadır. Onlar istehlak (ildə 20%-dən 40%-a qədər) və sahibkarlıq (12%-dən 18%-ə qədər) kreditlərindən daha çox qazanır.



5454 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-10-2019
11-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031