Mobil versiya
Ərdoğanla Putinin niyə barışdığı məlum oldu
Tarix: 04-07-2016 | Saat: 16:59
Bölmə:Manşet | çapa göndər



Türkiyə prezidentinin Su-24 təyyarəsinin vurulmasına görə Rusiyadan üzr istəyib münasibətlərin normallaşmasına doğru addım atmasının arxasında hansı maraqların dayandığını barədə "Foreign Policy" jurnalı yazıb.

Aia.az xəbər verir ki, məqalədə deyildiyinə, görə Ərdoğanın Moskva ilə münasibətləri normallaşdırmağa qərar verməsi təkcə Türkiyənin böhran yaşayan turizm sektorunu dirçəltmək məqsədi ilə bağlı deyil. Bunun arxasında daha böyük maraqlar dayanır və Türkiyənin İsraillə münasibətləri bərpa etməyi, Səudiyyə Ərəbistanı və Qətərlə strateji əlaqələri dərinləşdirməyi nəzərdə tutan daha geniş strategiyanın bir hissəsidir.

Jurnal yazır ki, Türkiyə bütün gücüylə İranın Yaxın Şərqdəki hegemonluğunun yayılmasını dayandırmağa çalışır. Hazırda İran regional lider rolunu Səudiyyə Ərəbistanın əlindən almağa çalışır, bunu o cümlədən neft və qaz ixracını kəskin artırmaqla həyata keçirməyə can atır.

Belə bir vaxtda Türkiyə Rusiya ilə energetika əməkdaşlığını genişləndirmək, İsrail qazının Avropaya yolunu açmaq və regionda mövqelərini möhkəmləndirmək istəyir. Münasibətlərin normallaşması Su-24 təyyarəsinin vurulmasından sonra təxirə düşən "Türk axını" qaz kəməri layihəsini aktuallaşdırıb. "Qazprom" artıq bəyan edib ki, istənilən vaxt bu layihənin həyata keçirilməsinə başlamağa hazırdır. Əgər layihə həyata keçirilsə, bu kəmərdən əsas qaz alıcısı Türkiyə olacaq və nəticədə bu ölkə bahalı İran qazından imtina etmək üçün tutarlı arqument əldə edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024