Mobil versiya
Azərbaycanda 36 mindən çox şagird Ana dilindən "2" qiyməti aldı
Tarix: 04-07-2016 | Saat: 16:37
Bölmə:Təhsil | çapa göndər



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-sı, 21-i, 25-i və 30-da orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarında şagirdlərin fənnlər üzrə aldıqları qiymətlərə dair statistik göstəriciləri açıqlayıb.

Aia.az-in məlumatına görə, IX sinif şagirdləri arasında Ana dili fənnindən 20 911 nəfər (20,06 %) "2”, Riyaziyyat fənnindən 26 438 nəfər (25,31 %) "2” qiyməti alıb.

XI sinif şagirdləri arasında isə Ana dili fənnindən 15 486 nəfər (18,34 %) "2”, Riyaziyyat fənnindən 16 038 nəfər (18.96 %) "2” qiyməti alıb.

Xatırladaq ki, ümumilikdə bu imtahanlarda 104 476 nəfər IX sinif şagirdi, 84 589 nəfər XI sinif şagirdi iştirak edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024