Mobil versiya
Mübariz Mənsimov Azərbaycan məmurlarını kompromat yayacağı ilə hədələdi
Tarix: 04-07-2016 | Saat: 15:54
Bölmə:Seçilənlər | çapa göndər

Mübariz Mənsimov Azərbaycan məmurlarını kompromat yayacağı ilə hədələdi

“İndi bütün dünyada iqtisadi böhran müşahidə olunur. Amma “Palmali”də heç bir iflas yoxdur və ola da bilməz. Biz sadəcə olaraq restrukturizasiya aparırıq ki, əsas fəaliyyət sahələrimizə daha çox vəsait qoyaq” .

Virtualaz.org bildirir ki, bunu “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov ANS telekanalına müsahibəsində deyib.

Oliqarx onun bankrot olması haqda yazılanları Azərbaycanın müəyyən məmurlarının sifarişi ilə həyata keçirilən qara piar adlandırıb.

“Təəssüf ki, ermənilərlə yanaşı, azərbaycanlılar özləri də bir-birilərinə böyük zərbə vururlar. Biz bir-birimizin paxıllığını çəkmək mərəzindən xilas olmalıyıq. Biznesmenlərə dəstək vermək lazımdır. Təəssüf ki, bəzi adamların beyni, düşüncəsi yalnız qara piar sifariş etməyə yetir. Onlar azad rəqabətə mane olmağa çalışırlar. Tutaq ki, Mübariz, İsgəndər, Telman, Ağalarov və başqaları bankrot oldu, Azərbaycan və həmin qara piarın sifarişçiləri bundan nə qazanacaq?”, - deyə milyarder sual edib.

Mübariz Mənsimov onun Türkiyədə yaşayıb-işləməsi və Azərbaycan üçün guya heç nə etməməsi haqda iddia ilə raszılaşmadığını da bildirib. O, həmçinin Azərbaycanda biznes qurmağa mane olan inhisarçılığın mövcud olmasından da danışıb: “Mən xaricdə yaşayıb işləyirəm. Amma bizAzərbaycan üçün çox işlər görmüşük. Onlar sadalamaq yaxşı düşməz.

Bəli, mən Türkiyədə yaşayıb işləyirəm. Azərbaycanda qalsam, neyləyəcəkdim? Orada hərə özünə bir inhisar qurub və oturub üstündə. Qoy onlar orada yaşayıb işləsinlər, biz də burada. Azərbaycanda yeni, gənc, qabiliyyətli biznes adamları yetişəcək və onlar buna mane ola bilməyəcəklər”.

Oliqarx onun gəmilərinin guya İŞİD-in nəzarətində olan ərazilərə neft daşıdığı barədə yayılan informasiyaları da təkzib edib və bildirib ki, heç vaxt nə İŞİD, nə də kürd yaraqlıları ilə heç bir əlaqəsi olmayıb.

M.Mənsimov sensasion sayıla biləcək bəyanat da verib. O, özünə və şirkətinə qarşı qara piara başlayan məmurları, barələrində kompromat yayacağı ilə hədələyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024