Mobil versiya
Girovlar azad olundu, bütün terrorçular məhv edildi - YENİLƏNİB - FOTO
Tarix: 02-07-2016 | Saat: 13:16
Bölmə:Cəmiyyət | çapa göndər

Girovlar azad olundu, bütün terrorçular məhv edildi - YENİLƏNİB - FOTO






Banqladeş polisi paytaxt Dəkkədə terrorçuların bir neçə nəfəri girov saxladığı restorana hücum edib.

APA-nın "Reuters"-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 6 silahlı öldürülüb, 13 girov, o cümlədən 3 əcnəbi azad edilib.

Hücum şənbə günü səhər başlayıb. Polis restorana daxil olmaq istəyərkən atəşlə qarşılaşıb. Əməliyyatda ümumilikdə 100 polis iştirak edib. Girovların azad edilməsi zamanı onlar arasında da itki olduğu açıqlanıb.

O da bildirilir ki, girovlar arasında restoranın işçiləri ilə yanaşı, Hindistan, İtaliya və Yaponiya vətəndaşları da olub.

Polis rəsmiləri "NBC News" telekanalına bildiriblər ki, əməliyyat zamanı bütün terrorçular öldürülüb. Qarşıdurma ümumilikdə 10 saatadək çəkib.

----------

07:27

Banqladeşin paytaxtı Dəkkədə polis restoranda girovgötürülənlərdən azı 10 nəfəri azad edib, 5 nəfərin öldüyü bildirilir.

Aia.Az APA-ya istinadən xəbər verir ki, onlardan ikisi xarici vətəndaşlardır.

Məlumata əsasən, ərazidə bir neçə partlayış baş verib, atışma səsləri eşidilir.

Banqladeş polisi girovların azad edilməsi məqsədi ilə xüsusi əməliyyat keçirir. Əməliyyatda 100-dən xüsusi təyinatlı döyüşçünün iştirak etdiyi bildirilir. İlkin məlumata görə, silahlılarla atışma zamanı 2 polis əməkdaşı ölüb.

Xatırladaq ki, ötən axşam Dəkkədə naməlum silahlılar diplomatik məhəllədə yerləşən restorana hücum edib. İnsidentə görə İŞİD məsuliyyəti öz üzərinə götürüb.

06:34

Banqladeşin paytaxtı Dəkkə şəhərində restoranlardan birində silahlılar tərəfindən təxminən 20 nəfər girov götürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, girovlar arasında İtaliya vətəndaşları var.

Banqladeş polisi yaxın saatlarda girovların azad edilməsi üçün xüsusi əməliyyat keçirəcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024