Mobil versiya
Polşa, yoxsa Portuqaliya?
Tarix: 30-06-2016 | Saat: 22:15
Bölmə:İdman | çapa göndər

Polşa, yoxsa Portuqaliya?






Bu gün AÇ-2016-da 1/4 final mərhələsinə start veriləcək.

Aia.Az apasport.az-a istinadən xəbər verir ki, ilk yarımfinalçının adı Polşa və Portuqaliya yığmaları arasında keçiriləcək matçdan sonra müəyyənləşəcək.

Qrup mərhələsində xal baxımından Almaniyadan geri qalmayan polyaklar iddialarını davam etdirmək arzusundadılar. 1/8-də İsveçrəni penaltilər seriyasında üstələyən Polşa millisində özünəinam hissi artıb. Komanda oyununa güvənən polşalılar Portuqaliyaya problem yarada bilər.

Öz növbəsində, Portuqaliya da matça qələbə üçün çıxacaq. Avro-2004-də gümüş medallara sahib çıxan pireneylilər AÇ-2012-də bürünc medallara yiyələnmişdilər. Kriştianu Ronaldo və komanda yoldaşları bu dəfə qızıl mükafata iddialıdılar.

Portuqaliya yığması qrup mərhələsini yaxşı keçirməsə də, hələ AÇ-2016-da məğlubiyyət acısı dadmayıb. 1/8 finala qrup üçüncüsü kimi adlayan "Avropanın Braziliyası" bu mərhələdə güclü Xorvatiya yığmasını mübarizədən kənarlaşdırıb.

Avropa çempionatı - 2016
1/4 final mərhələsi
30 iyun

23:00. Polşa - Portuqaliya
Baş hakim: Feliks Brix
Yan xətt hakimləri: Mark Borş, Stefan Lupp

Əlavə köməkçi hakimlər: Bastian Dankert, Marko Frits (hamısı Almaniya)

Dördüncü hakim: Milorad Maziç (Serbiya)

Ehtiyat yan xətt hakimi: Milovan Ristiç (Serbiya)

Hakim-inspektor: Pyerluici Kollina (İtaliya)

UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)

Marsel. "Velodrom" stadionu


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024