Mobil versiya
İmmundefisit virus infeksiyası NƏDİR?
Tarix: 30-06-2016 | Saat: 22:12
Bölmə:Media | çapa göndər

İmmundefisit virus infeksiyası NƏDİR?





İmmundefisit virus infeksiyası kəskin limfopeniya, orqanizmin şərti pathogen və pathogen mikroblara qarşı rezistenliyinin azalması, onkoloji xəstəliklərə meyilliyin artması ilə özünü göstərən virus mənşəli xroniki xəstəlik olub, adətən ölümlə qurtarır. Xəstəliyi bakteriyalar törədir, sürətlə yayılır.

Aia.Az immunitet.az-a istinadən bildirir ki, xəstəlik ölüm faizinə görə spiddən sonra ikinci yerdə durur. Immundefisit virus infeksiyası dünyanın bütün ökələrində yayılıb və artmaqda davam edir.
Etiologiyası:
İİV infeksiyasının törədicisi viruslardır. Virus insanın qanında, gözyaşında, spermasında, tərində, sidiyində, vaginal sekretində olur. Virusar xarici mühitə davamsızdırlar.
Epidemiologiyası:
İİV infeksiyasını xəstə adamlar və virusgəzdirənlər yoluxdururlar. Onların qanı, vaginal sekreti və sperması yoluxucudur. Xəstəlik adətən cinsi əlaqə zamanı xəstənin qanı toxunmuş preparatlardan sağlam adam istifadə etdiyi zaman, orqan və toxumaların köçürülməsi zamanı qanla çirkləndirilmiş tibbi alətlərdən yoluxur. Xəstəlik anadan dölə keçə bilir. Xəstəliklə əksər hallarda homo və biseksuallar, narkomanar, fahişələr, alkoqol düşkünləri, hemofiliyalı xəstələr, qanla təmasda olan tibb işçiləri yoluxur və yayır. Xəstəlik sıx təmasla ailə üzvlərinə və digər adamlara da keçə bilir.
Patogenezi:
Virusgəzdirmə halları bəzən 8-10 il çəkir. Insanlar yoluxmanın ilk 2 ayından virusun gəzdiricisinə çevilir. Əksər hallarda bütün limfa düyünləri, bəzən ayrı- ayrı vəzilər də zədələnir.
Klinikası:
Xəstəlik kəskinləşənə qədər klinik əlamətlər təzahür etmir. Xəstəlik kəskinləşdikdə özünün qızdırma, baş və boğaz ağrısı, mialgiya, qızılcayabənzər səpgilərlə, səbəbsiz davamlı diareya və arıqlama, bəzən aseptic meningit əlamətləri özünü göstərir. Xəstəliyin qripəbənzər əlamətləri baş və əzələ ağrıları ilə yanaşı kataral əlamətlərin olması ilə özünü göstərir.
Diaqnozu:
Klinik əlamətlər, epidemioloji məlumatlara, seroloji, virusoloji və hemotoloji müayinələrə əsasən qoyulur. İİV infeksiyası diaqnozu 2 aydan çox çəkən, müalicə oluna bilməyən və nəcisdə kriptosporidiya tapılan ishal, uzunmüddətli qızdırma, 10%-dən çox arıqlama, şərti pathogen mikroblardan tez-tez xəstələnmə , mərkəzi sinir sistemini limfoması, müalicəyə davamlı və bəlğəmdən pnevmosist tapılan pnevmoniya aiddir.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024