Mobil versiya
SABUNÇU QAZ İDARƏSİNDƏ NÖQSANLARI SÜPÜRMƏK TƏCRÜBƏSİ
Tarix: 29-06-2016 | Saat: 16:07
Bölmə:İqtisadiyyat / Manşet | çapa göndər

SABUNÇU QAZ İDARƏSİNDƏ NÖQSANLARI SÜPÜRMƏK TƏCRÜBƏSİ
Bakının Sabunçu rayon Qaz İstismar İdarəsinin abunə şöbəsində hərc-mərclikdir. Qaz sayğacını, kartını dəyişdirmək üçün müraciət edən vətəndaşlar get - gələ salınır, lüzumsuz yerə süründürməçiliklə üzləşirlər. İdarə rəhbəri xanımdan problemin nədən qaynaqlandığını soruşanda gileyli cavab verdi: "Cəmi üç-dörd işçi saxlayıblar idarədə, çatdıra bilmirik. Dərdimizi kimə deyək? Sualınız varsa, "Azəriqaz"da Vüsal müəllimə ünvanlayın. Biz ona heç bir söz deyə bilmirik.
İdarədə olarkən müşahidə etdik ki, kontora jurnalist gəldiyini bilən kimi eyni vaxtda bir neçə xadimə əlinə süpürgə götürərək, dəhlizi süpürməyə başladılar. Analaşılan deyildi: Əsas işlərini görməyə işçi qüvvəsinin yemədiyindən gileylənən idarə rəhbərliyi ikinci dərəcəli iş üçün bu qədər xadiməni necə saxlaya bilir? Yoxsa, təmizlik işi aparmaq üçün heç də məqsədəuyğun olmayan günortaya yaxın saatlarda süpürgəçiləri ortaya salıb toz-toğanaq qoparmaqla qəbula gələn abonentləri,şikayət etmək potensialı daşıyan vətəndaşları heç olmasa, bir günlük perik salmaq istəyirdilər? Vətəndaşlar isə haqlı olaraq narazılıqlarını ifadə edirdilər: "Vosmoyun bazarında arabaçı əlindən tərpənmək olmur, burada da süpürgəçilərin". Maraqlıdır, görəsən neqativ halları silib-süpürmək təcrübəsini dəmi Vüsal müəllimin instruktajı ilə tətbiq edirlər? Ümid edirik ki, öyrənib oxucularımızla paylaşa biləcəyik.
Akif Əliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024