Mobil versiya
Azərbaycan şou-biznesinin başı çalmalı kişi müğənnisi - Fotolar
Tarix: 28-06-2016 | Saat: 15:17
Bölmə:Dünya | çapa göndər



Bu gün “Səs Azərbaycan” (“The Voice of Azerbaijan”) layihəsinin iştirakçısı olan “Mister Happy” ləqəbli gənc müğənni Səid İsmayılzadənin ilk klip təqdimatı olub.

Aia.az xəbər verir ki, sözləri və musiqisi müğənninin özünə aid olan “Nəfəs al” adlı mahnıya klip “Ronion Agency” tərəfindən çəkilib.
Təqdimat mərasimində səbəbkarla yanaşı, əməkdar artist, bəstəkar Vüqar Camalzadə də iştirak edib. O, gənc ifaçıya sənət yolunda xeyir-dua verib, uğurlar arzulayıb.
Təqdimata həmçinin “Səs Azərbaycan” (“The Voice of Azerbaijan”) televiziya layihəsinin digər iştirakçıları da qatılıb.
Mərasimdə öncə klip nümayiş olunub. Qeyd edək ki, “Nəfəs al” “Mister Happy”nin yaradıcılığında ilkdir.
Yaradıcılığında caz, etnik musiqiyə üstünlük verən müğənni özünə “Mister Happy” ləqəbi götürməsindən də danışıb.
“İnsanların öz fikirləri, ətraf aləmlə, təbiətlə vəhdətdə olması çox önəmlidir. Mən də belə qərara gəldim ki, özümə məhz bu ləqəbi götürüm”.
Başında qara çalma ilə tədbirə gələn “Mister Happy” imicindən də danışıb:
“Düşünürəm ki, bu imic mənim üçün yaxşı görüntüdür. Səhnə fərqlənməyi sevir. Mən həm ifamla, həm də imicimlə seçilməyə çalışacağam”.
Tədbirdə çıxış edən Vüqar Camalzadə “Mister Happy”yə uğurlar arzulayıb. Ona yeni yaradıcılıq işlərində dəstək olacağını, hətta gələcəkdə yeni mahnı da verə biləcəyini qeyd edib.
Məlumat üçün bildirək ki, “Mister Happy” iki dəfə “Eurovision” milli seçim turlarında iştirak edib.
O, həmçinin İtaliyada keçirilən “Orfey” festivalında (2012) birinci, Bolqarıstanda reallaşan “Славянский Венец” (2013) festivalında birinci, Litvada keçirilən “Baltic voice” (2013) müsabiqəsində ikinci və ən nəhayət, Gürcüstanda keçirilən “Golden Star” (2015) festivalında birinci yerə sahib olub.
“Səs Azərbaycan” (“The Voice of Azerbaijan”) layihəsinin iştirakçısı olub. Azərbaycanın əməkdar artisti Manana Çaparidzenin komandasında çıxış edib.
İki il Rauf Babayevin rəhbərlik etdiyi “Qaya” kvartetinin solisti olub.
Hazırda ifaçılıqla yanaşı, həm də Niyazi adına Dövlət simfonik orkestrinin tərkibində skripka ifaçısı kimi fəaliyyət göstərir.


Azərbaycan şou-biznesinin başı çalmalı kişi müğənnisi - Fotolar




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024