Mobil versiya
Qadın yuxudan oyanıb otağında nəhəng ilan gördü (VİDEO)
Tarix: 22-06-2016 | Saat: 11:31
Bölmə:Media | çapa göndər



Avstraliyada yaşayan Trina Hibberd adlı qadın ötən gün həyatının ən qorxulu anlarını yaşayıb.

Aia.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, gecə 4:30-da yuxudan ayılan qadın qonaq otağında 5 metrlik piton ilanını görüb. İlanın qonaq otağından yataq otağına getdiyini görüncə qadın ilan ovçularını çağırıb.

İlan ovçusu bildirib ki, indiyə kimi gördüyü ən böyük piton ilanıdır:

"Qadın bizə zəng edəndə çox təlaşlı idi, çox qorxmuşdu. Bu da normaldır. Ona yataq otağının qapısını bağlayıb, bizi gözləsini bildirdim. Biz evə gəldikdə ilanı görüb təəccübləndik, çünki, indiyə kimi gördüyüm ən böyük piton idi".

İlanın uzunluğunun 5 metr, çəkisinin isə 30 kiloqram olduğu məlum olub.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024